BİZİM TƏQVİM:9 apreldə baş vermiş tarixi hadisələr

2013-cü ilin bu günündə Azərbaycan Prezidenti “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Bəs, aprelin 9-da daha hansı hadisələr baş verib?

1. Cümhuriyyətin elanından sonra qadınlara verilən hüquqlar çərçivəsində Mürüvvet xanım 9 aprel 1932-ci il tarixindən Türkiyədə ilk qadın hakim olaraq Adanada vəzifəyə başladı.
 

2. 1989-cu ilin bu günü Sovet ordusunun əsgərləri zəhərli qazdan istifadə edərək Tbilisidə mitinq iştirakçılarına divan tutdular. Bundan 2 il sonra – 1991-ci il aprelin 9-da Gürcüstan referendumla Sovet ittifaqından ayrıldığını və müstəqilliyini bəyan etdi.  


3. 1998-ci ilin bu günü Məkkə yaxınlığındakı Minada 118 hacı namizədi “şeytan daşlama” ayini zamanı baş verən izdiham sıxlığında həyatını itirdi.

4. 2000-ci il 9 apreldə Azərbaycanın paytaxtı Bakıda “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi böyük təntənə ilə qeyd edildi. Bayram ərəfəsində şəhərdə Türkdilli Dövlət Başçılarının VI Zirvə Toplantısı da keçirildi. 

9 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, mütəfəkkir şair Əfzələddin Xaqani Şirvani 1126-cı ilin 9 aprelində anadan olub. Xaqani “Töhfətül İraqeyn” məsnəvisi ilə Şərq ədəbiyyatında epik poeziyanın əsasını qoyub (1126-1199).

2. Dünyanın ən böyük sərkərdələrindən və türk dövlət xadimlərindən biri Əmir Teymur 1336-cı ilin bu günü dünyaya gəlib.35 illik hakimiyyəti dövründə Suriyadan Hindistanadək böyük bir ərazini tutan Əmir Teymur dünya tarixinə ən qüdrətli fatehlərdən biri, həmçinin elm və incəsənət himayəçisi kimi daxil olub (1336-1405).
 

3. Türkə şərəf verən, cahana isə yüzlərlə mədəniyyət əsəri bağışlayan, Osmanlı dövrü alimi və sənətkarı memar Sinan 1588-ci ilin 9 aprelində həyatla vidalaşıb. 100 ilə yaxın ömür sürmüş memar Sinan 375 tikinti layihəsinin müəllifidir. Onun əsərlərinin siyahısında 92 cami, 52 kiçik məscid, 57 mədrəsə, 22 türbə, 3 xəstəxana, 8 körpü, 20 karvansara və 48 hamamın adı var. Bunların ikisi – İstanbuldakı Süleymaniyyə və Ədirnədəki Səlimiyyə camiləri memar Sinan yaradıcılığının zirvəsini təşkil edir (1489-1588).


4. Kipr Barış Hərəkatı zamanı Türkiyənin xarici işlər naziri vəzifəsini icra edən professor Turan Güneş 1982-ci ilin 9 aprelində 60 yaşında vəfat edib (1921-1982)

5. Türkiyənin dünyada böyük maraqla izlənilən "Möhtəşəm yüz il" serialının ssenari müəllifi, aktrisa və yazar Meral Okay 9 aprel 2012-ci ildə dünyasını dəyişib. (1959-2012)

6. 9 aprel 1886-cı ildə Azərbaycanın və SSRİ-nin Xalq artisti Sidqi Ruhullanın  doğum günü (1886-1959). O vaxt milli teatr səhnəsində qadın rollarını kişilər ifa edirdilər. 50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla 300-ə yaxın müxtəlif obrazlar silsiləsi yaradıb.

7. 1946-cı ilin bu günündə tanınmış rejissor və aktyor Ceyhun Mirzəyevin doğum günü (1946-1993). Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı vardı. On iki yaşı olanda "Ögey ana" filminin çəkilişlərinə dəvət alıb. Ceyhuna məşhurluğu da elə bu film gətirib. Sonuncu dəfə "Fəryad" filmində çəkilsə də, ekran əsərinin tamamlanmasını görmək ona qismət olmayıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xameneinin anım mərasimində izdiham – VİDEO

Xameneinin anım mərasimində izdiham – VİDEO

Kilsədə Azərbaycan dilində İBADƏT - Ənənə dəyişir, yoxsa yeni dövr başlayır? – VİDEO

Kilsədə Azərbaycan dilində İBADƏT - Ənənə dəyişir, yoxsa yeni dövr başlayır? – VİDEO

Bakıda şagirdə ELEKTRON QOLBAĞ taxıldı - SƏBƏB

Bakıda şagirdə ELEKTRON QOLBAĞ taxıldı - SƏBƏB

Azərbaycan İtaliyaya tonlarla qurbağa ayağı göndərdi

Azərbaycan İtaliyaya tonlarla qurbağa ayağı göndərdi

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

YENİ MƏZƏNNƏ: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

YENİ MƏZƏNNƏ: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Dövlət qurumlarında işləyən şəxslərin maaşı ilə bağlı yeni QƏRAR

Dövlət qurumlarında işləyən şəxslərin maaşı ilə bağlı yeni QƏRAR

Ağsuda yol tikintisində dava: Restoran rəhbəri həbs edildi

Ağsuda yol tikintisində dava: Restoran rəhbəri həbs edildi

Bakıda ƏMƏLİYYAT – Narkokuryerlər belə saxlanıldı - VİDEO

Bakıda ƏMƏLİYYAT – Narkokuryerlər belə saxlanıldı - VİDEO

Hörmüz boğazı açıq olacaq: ABŞ İranla razılığa gəldi – FOTO

Hörmüz boğazı açıq olacaq: ABŞ İranla razılığa gəldi – FOTO

Cibinizdəki "saatlı bomba": Hər gün etdiyimiz bu hərəkət telefonu daxildən məhv edir

Cibinizdəki "saatlı bomba": Hər gün etdiyimiz bu hərəkət telefonu daxildən məhv edir

Manatın dövretmə sürəti 2015-ci il səviyyəsinə düşdü – Devalvasiya RİSKİ...

Manatın dövretmə sürəti 2015-ci il səviyyəsinə düşdü – Devalvasiya RİSKİ...

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

Dünya bazarlarında neftin qiyməti YENİDƏN ARTIR

Dünya bazarlarında neftin qiyməti YENİDƏN ARTIR

Vens: “İranın 10 maddəlik təklifi “ChatGPT” tərəfindən yazılmışdı” – VİDEO

Vens: “İranın 10 maddəlik təklifi “ChatGPT” tərəfindən yazılmışdı” – VİDEO

Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKA

Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKA

Bakıda 1600 ev söküləcək - KOMPENSASİYA VERİLƏCƏK?

Bakıda 1600 ev söküləcək - KOMPENSASİYA VERİLƏCƏK?

Qapalı görüşdən sonra qəzəbli paylaşım etdi

Qapalı görüşdən sonra qəzəbli paylaşım etdi

Qalibaf: “ABŞ-la razılaşma planının 3 bəndi pozulub” – FOTO

Qalibaf: “ABŞ-la razılaşma planının 3 bəndi pozulub” – FOTO

Livanda bu gün matəm var

Livanda bu gün matəm var

Azərbaycanda rieltor BAZARI - Xidmət haqları necə tənzimlənir?

Azərbaycanda rieltor BAZARI - Xidmət haqları necə tənzimlənir?

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Gəncədə ağır qəza: 1 ölü, 1 yaralı var

Gəncədə ağır qəza: 1 ölü, 1 yaralı var

ABŞ qüvvələri bu müddətədək İranın ətrafında qalacaq

ABŞ qüvvələri bu müddətədək İranın ətrafında qalacaq

End of content

No more pages to load

RADİO