Xaçmaz rayonunun Sibiroba kəndində bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, kəndin 37 yaşlı sakini Rəşad Məmmədov yağış suları ilə dolmuş su kanalına düşərək boğulub.
Məlumata görə, o, kanaldan çıxa bilməyib və hadisə yerində həyatını itirib.
Bildirilir ki, mərhum Epilepsiya (sudurğa) xəstəliyindən əziyyət çəkirmiş. Ehtimala görə, o, epilepsiya tutması keçirdiyi üçün suda boğulub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu