Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1995-ci il təvəllüdlü Əliyev Qəhrəman Yadigar oğlu Bakı şəhərində yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərhum doğulduğu Maşlıq kəndində torpağa tapşırılacaq.

Sabutay, Bizim.Media, Cənub bürosu