Süni intellekt dövründə kibertəhlükəsizlik – Əsas risklər və müdafiə mexanizmləri – Zari Uslu-Abdullayeva ilə MÜSAHİBƏ

“Süni intellektin sürətli inkişafı risk mühitini də genişləndirir. Bu texnologiyalar vasitəsilə daha inandırıcı sosial mühəndislik ssenariləri, avtomatlaşdırılmış hücum zəncirləri və yüksək dərəcədə hədəflənmiş fəaliyyətlər mümkün olur. Nəticədə hücumlar yalnız sürət baxımından deyil, həm də adaptivlik və aşkarlanma çətinliyi baxımından daha inkişaf etmiş formaya keçir”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Zari Uslu-Abdullayeva bildirib.

Müsahibəni təqdim edirik:

- Süni intellekt texnologiyalarının sürətli inkişafı kibertəhlükəsizlik sahəsində bir çox müsbət imkanlar yaradır. Bununla yanaşı, bəzi risklər də mövcuddur. Sizcə, süni intellektin inkişafı kibertəhlükəsizlik sahəsində hansı imkan və təhdidləri yaradır?

- Süni intellekt artıq kibertəhlükəsizlikdə gücləndirici rol oynayır və xüsusilə müdafiə seqmentində bunun təsiri açıq şəkildə müşahidə olunur. Böyük həcmli loqların və davranış indikatorlarının real vaxtda analizi, anomaliyaların erkən mərhələdə aşkarlanması və operativ reaksiya imkanları təhlükəsizlik əməliyyatlarının effektivliyini əhəmiyyətli dərəcədə artırır.

SOC mühitində “false positive” səviyyəsinin azaldılması, hadisələrin risk əsaslı prioritetləşdirilməsi və avtomatlaşdırılmış cavab mexanizmləri komandaların operativliyini yüksəldir və mütəxəssislərə daha yüksək dəyərli, strateji məsələlərə fokuslanmaq imkanı yaradır.

Bununla paralel olaraq, süni intellektin sürətli inkişafı risk mühitini də genişləndirir.

Bu texnologiyalar vasitəsilə daha inandırıcı sosial mühəndislik ssenariləri, avtomatlaşdırılmış hücum zəncirləri və yüksək dərəcədə hədəflənmiş fəaliyyətlər mümkün olur. Nəticədə hücumlar yalnız sürət baxımından deyil, həm də adaptivlik və aşkarlanma çətinliyi baxımından daha inkişaf etmiş formaya keçir. Əsas risk vektorlarından biri də məlumat faktorudur.

Süni intellekt sistemlərinin performansı birbaşa olaraq istifadə olunan verilənlərin həcmi və keyfiyyəti ilə şərtlənir. Bu isə məlumatların məxfiliyi, bütövlüyü və etibarlılığı məsələlərini prioritetə çevirir. Xüsusilə yanlış, natamam və ya manipulyasiya olunmuş dataset-lər üzərində qurulan modellər səhv qərarverməyə səbəb ola bilər ki, bu da təhlükəsizlik mühitində kritik boşluqlar yarada bilər.

Nəticə etibarilə, süni intellekt kibertəhlükəsizlik sahəsində həm imkanları genişləndirir, həm də risk profilini daha kompleks edir. Bu texnologiyalardan effektiv istifadə üçün təşkilatlar yalnız texniki həllərə deyil, eyni zamanda düzgün idarəetmə yanaşmasına, davamlı monitorinqə və risklərin qabaqlayıcı şəkildə qiymətləndirilməsinə fokuslanmalıdırlar.

- Azərbaycanda süni intellekt və kibertəhlükəsizlik texnologiyalarının təhlükəsizlik sistemlərinin gücləndirilməsində istifadəsini necə qiymətləndirirsiniz?

- Azərbaycanda süni intellekt və kibertəhlükəsizlik texnologiyalarının tətbiqi mərhələli şəkildə inkişaf edir və ümumi yanaşmanı müsbət qiymətləndirmək olar. Xüsusilə maliyyə sektoru, dövlət xidmətləri və telekommunikasiya sahələrində təhlükəsizlik əməliyyatlarının gücləndirilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş müşahidə olunur.

Böyük həcmli məlumatların analizi, anomaliyaların aşkarlanması və insidentlərə daha operativ reaksiya mexanizmləri artıq real əməliyyat mühitində effektivliyini nümayiş etdirməkdədir. Bununla belə, qeyd olunan sahədə inkişaf potensialı hələ də kifayət qədər genişdir.

Əsas məsələlərdən biri texnologiyanın özündən daha çox onun düzgün inteqrasiyası və effektiv istifadəsidir. Süni intellekt alətlərinin mövcud təhlükəsizlik infrastrukturu ilə uyğunlaşdırılması, lokal mühitə uyğun modellərin formalaşdırılması və bu sistemləri idarə edə bilən yüksək ixtisaslı kadrların yetişdirilməsi strateji əhəmiyyət kəsb edir. Effektiv süni intellekt həllərinin qurulması üçün yüksək keyfiyyətli, strukturlaşdırılmış və etibarlı verilənlər bazasının mövcudluğu təməl şərtdir.

Bu baxımdan məlumatların məxfiliyinin qorunması, düzgün idarə olunması və normativ-hüquqi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi paralel və koordinasiyalı şəkildə həyata keçirilməlidir.

Ümumilikdə, Azərbaycanda süni intellektin kibertəhlükəsizlik sahəsində tətbiqi düzgün strateji istiqamətdə irəliləyir. Lakin maksimum effektivliyin əldə olunması üçün yanaşmanın daha kompleks və uzunmüddətli strateji çərçivədə qurulması vacibdir. Texnoloji imkanlar, insan resursları və idarəetmə modelləri bir-birini tamamlamalıdır.

- Süni intellekt və yeni rəqəmsal alətlərin inkişafı ilə paralel olaraq kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq daha da актуal olur. Çünki bu texnologiyalar əksər hallarda ölkə sərhədləri ilə məhdudlaşmır. Azərbaycanın bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq perspektivlərini necə görürsünüz?

- Süni intellekt və rəqəmsal texnologiyalar sərhəd tanımadığı üçün kibertəhlükəsizlik artıq lokal deyil, qlobal məsələdir. Bu kontekstdə Azərbaycanın beynəlxalq əməkdaşlıq perspektivləri həm strateji baxımdan zəruri, həm də praktiki baxımdan yüksək dəyərə malikdir. Xüsusilə təhdid kəşfiyyatının paylaşılması, erkən xəbərdarlıq mexanizmləri və birgə insident cavab yanaşmaları müasir təhlükə mühitində kritik rol oynayır.
 

Azərbaycan üçün əsas imkanlardan biri regional və beynəlxalq platformalarda daha aktiv iştirakdır. Bu, həm qabaqcıl təcrübələrin mənimsənilməsinə, həm də yerli təhlükəsizlik ekosisteminin gücləndirilməsinə şərait yaradır. Eyni zamanda, qlobal texnologiya təminatçıları və təhlükəsizlik təşkilatları ilə əməkdaşlıq süni intellekt əsaslı həllərin daha effektiv tətbiqini sürətləndirə bilər.


Bununla yanaşı, əməkdaşlığın effektiv olması üçün milli səviyyədə standartların, hüquqi çərçivələrin və məlumat mübadiləsi mexanizmlərinin uyğunlaşdırılması vacibdir. Xüsusilə məlumatların qorunması, məxfilik və suverenlik məsələləri beynəlxalq əməkdaşlıqda balanslı yanaşma tələb edir.

Ümumilikdə, Azərbaycan üçün düzgün strategiya – beynəlxalq inteqrasiya ilə milli maraqların qorunması arasında balans qurmaqdır.

Bu yanaşma ölkənin texnoloji transformasiyasını sürətləndirməklə yanaşı, kibertəhlükəsizlik dayanıqlığını da keyfiyyətcə yeni mərhələyə yüksəldəcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İşdən qanunsuz çıxarılan 44 nəfər əvvəlki işlərinə BƏRPA OLUNDU

İşdən qanunsuz çıxarılan 44 nəfər əvvəlki işlərinə BƏRPA OLUNDU

Bakı Şəhəri üzrə Təhsil İdarəsində YENİ TƏYİNATLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsində YENİ TƏYİNATLAR

“Sabah” “Araz Naxçıvan”la oyuna itki ilə ÇIXACAQ

“Sabah” “Araz Naxçıvan”la oyuna itki ilə ÇIXACAQ

Biləsuvarda 600 abonentin qazı kəsiləcək

Biləsuvarda 600 abonentin qazı kəsiləcək

Ağdamda məktəb direktoru ilə xadimənin DAVA ETMƏSİNİN səbəbi bilindi

Ağdamda məktəb direktoru ilə xadimənin DAVA ETMƏSİNİN səbəbi bilindi

“Daha güclüsü gəlir?” - Seysmoloqdan Xəzərdəki zəlzələlərlə bağlı açıqlama

“Daha güclüsü gəlir?” - Seysmoloqdan Xəzərdəki zəlzələlərlə bağlı açıqlama

“İmişli” – “Turan Tovuz” oyununda heç-heçə - VİDEO

“İmişli” – “Turan Tovuz” oyununda heç-heçə - VİDEO

Bakıda taksi və avtobus sürücüləri arasında insident – ANBAAN VİDEO

Bakıda taksi və avtobus sürücüləri arasında insident – ANBAAN VİDEO

İstanbuldakı konsulluğa hücumla bağlı İsraildən Türkiyəyə MESAJ – FOTO

İstanbuldakı konsulluğa hücumla bağlı İsraildən Türkiyəyə MESAJ – FOTO

İstanbuldakı İsrail konsulluğuna hücuma Ərdoğandan REAKSİYA - VİDEO

İstanbuldakı İsrail konsulluğuna hücuma Ərdoğandan REAKSİYA - VİDEO

Tovuz şəhərinin bir hissəsində qaz olmayacaq

Tovuz şəhərinin bir hissəsində qaz olmayacaq

Əli Əsədovun rəhbərliyi ilə MÜHÜM İCLAS: Müzakirə olunan məsələlər – FOTO

Əli Əsədovun rəhbərliyi ilə MÜHÜM İCLAS: Müzakirə olunan məsələlər – FOTO

Türkiyədə İsrailin baş konsulluğuna hücumla əlaqəsi olan 2 nəfər TUTULDU

Türkiyədə İsrailin baş konsulluğuna hücumla əlaqəsi olan 2 nəfər TUTULDU

SON DƏQİQƏ! İran ABŞ-la bütün danışıqları DAYANDIRDI

SON DƏQİQƏ! İran ABŞ-la bütün danışıqları DAYANDIRDI

AFFA “Səbail”in baş məşqçisini CƏZALANDIRDI

AFFA “Səbail”in baş məşqçisini CƏZALANDIRDI

BƏƏ prezidentinin müşavirindən İrana MƏSLƏHƏT: Təzminat tələb etməzdən əvvəl...

BƏƏ prezidentinin müşavirindən İrana MƏSLƏHƏT: Təzminat tələb etməzdən əvvəl...

Azyaşlıların səbəb olduğu hadisə ilə bağlı cinayət işi başladıldı

Azyaşlıların səbəb olduğu hadisə ilə bağlı cinayət işi başladıldı

Kapital Bank-ın İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi

Kapital Bank-ın İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Pakistan səfiri: “Əsas prioritetimiz regionda sabitliyin, sülhün və təhlükəsizliyin təmin edilməsidir” – MÜSAHİBƏ

Pakistan səfiri: “Əsas prioritetimiz regionda sabitliyin, sülhün və təhlükəsizliyin təmin edilməsidir” – MÜSAHİBƏ

Əkin sahələrini su basan fermerlərin DİQQƏTİNƏ – Sığorta ilə bağlı RƏSMİ AÇIQLAMA

Əkin sahələrini su basan fermerlərin DİQQƏTİNƏ – Sığorta ilə bağlı RƏSMİ AÇIQLAMA

Vens: Hörmüzü bağlamaq İrana baha başa gələ bilər - VİDEO

Vens: Hörmüzü bağlamaq İrana baha başa gələ bilər - VİDEO

Ermənistanın mina terrorunun qurbanlarının sayı 3500-ü ötüb

Ermənistanın mina terrorunun qurbanlarının sayı 3500-ü ötüb

Fransa Rusiya sərhədi yaxınlığında qırıcı təyyarələr yerləşdirdi

Fransa Rusiya sərhədi yaxınlığında qırıcı təyyarələr yerləşdirdi

End of content

No more pages to load

RADİO