Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxs HAKİM QARŞISINA çıxarıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə kirayədə yaşadığı şəxsi 16 bıçaq zərbəsi ilə öldürməyə cəhd etməkdə təqsirləndirilən İbrahim Əliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası baş tutub.

Bizim.Media xəbər verir ki, keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Təqsirləndirilən İbrahim Əliyev ailə qayğıları səbəbindən Bakıya gəldiyini deyib:

"Cəfər mənim otaq yoldaşım idi. Hadisə kirayə tutacağım evə getdiyim ilk gün baş verib. Mübahisəyə səbəb onun idman əşyalarını yatağımın yanından asması oldu. Ondan həmin əşyaları yığışdırmağını istədim. O mənə çox kobud tərzdə cavab verdi. Ev sahibini çağırıb pulu və şəxsiyyət vəsiqəsini ona vermək istədim. Cəfər elə bildi ki, baş verən hadisəni ona deyəcəyəm, halbuki belə bir niyyətim yox idi. Telefonumda sosial şəbəkə hesablarıma baxırdım, musiqi dinləyirdim.

Cəfər musiqinin səsini kəsməyimi tələb elədi, baxmayaraq ki, mən az səslə dinləyirdim. Sanki mənimlə dalaşmağa bəhanə axtarırmış kimi qışqırıb üzərimə gəlməyə başladı. Sonra əl atıb məni yumruqladı. Bıçağı əlimə götürdüm ki, onu qorxudum. Boyun nahiyəsindən iki dəfə vurdum. Səhər gedib polisə təslim olmuşam".

Daha sonra istintaq dövründə tərəflər arasında barışıq əldə olunduğu və təqsirləndirilənin törətdiyi əməldən peşman olduğu bildirilib.

Zərərçəkmiş Cəfər Vəliyev ifadəsində özünün təqsirləndiriləni vurduğunu etiraf edib:

"Məni bıçaqla vurduğunu əvvəl bilməmişəm, köynəyimi qanlı görəndə vurulduğumu hiss elədim. Şikayət tələbim yoxdur".

Növbəti prosesin vaxtı barədə məlumat veriləcəyi bildirilib.

Xatırladaq ki, İbrahim Əliyev kirayədə birlikdə yaşadığı otaq yoldaşı Cəfər Vəliyevə aralarında yaranan mübahisə nəticəsində 16 bıçaq zərbəsi endirib.

Ona qarşı AR Cinayət Məcəlləsinin 29.120-ci maddə üzrə cinayət işi açılıb. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident bu hərbçiləri təltif etdi – ADLAR

Prezident bu hərbçiləri təltif etdi – ADLAR

Bu avtomobil modelləri bir həftə ərzində satılır – Ən tez satılan 2-ci ƏL MAŞINLAR

Bu avtomobil modelləri bir həftə ərzində satılır – Ən tez satılan 2-ci ƏL MAŞINLAR

İDDİA: Hüseyn Həsənov çoxmilyonluq mənzilini bir qutu duzlu peçenyeyə satdı

İDDİA: Hüseyn Həsənov çoxmilyonluq mənzilini bir qutu duzlu peçenyeyə satdı

Qızıl ucuzlaşır: azalma nə qədər davam edəcək?

Qızıl ucuzlaşır: azalma nə qədər davam edəcək?

Trampdan QORXUNC XƏBƏRDARLIQ – “Bu gecə bütöv bir sivilizasiya məhv olacaq” – FOTO

Trampdan QORXUNC XƏBƏRDARLIQ – “Bu gecə bütöv bir sivilizasiya məhv olacaq” – FOTO

Əhalinin DİQQƏTİNƏ- Bu gündən başlayır, 6 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ- Bu gündən başlayır, 6 gün davam edəcək...

Turizm Agentliyində işçilərdən öz ərizələri ilə işdən çıxmaları tələb olunur - İDDİA

Turizm Agentliyində işçilərdən öz ərizələri ilə işdən çıxmaları tələb olunur - İDDİA

Kolumbiyada soyuducuda gizlənən uşaqlar boğularaq ölüb

Kolumbiyada soyuducuda gizlənən uşaqlar boğularaq ölüb

Gözəl olmaq istədi, tanınmaz hala düşdü – ŞOK FOTOLAR

Gözəl olmaq istədi, tanınmaz hala düşdü – ŞOK FOTOLAR

“Araz Naxçıvan”ın yeni prezidenti Ceyhun Sultanov olacaq – Özündən AÇIQLAMA

“Araz Naxçıvan”ın yeni prezidenti Ceyhun Sultanov olacaq – Özündən AÇIQLAMA

Bakıda kişi papağa görə arvadını döydü

Bakıda kişi papağa görə arvadını döydü

“Məni VAR-a çağırmayın” - Əliyardan həmkarlarına tapşırıq

“Məni VAR-a çağırmayın” - Əliyardan həmkarlarına tapşırıq

Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki nəfər barədə QƏRAR

Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki nəfər barədə QƏRAR

İcra başçısı yas məclisində şeir dedi – VİDEO

İcra başçısı yas məclisində şeir dedi – VİDEO

Argentina prezidenti 4 gündə jurnalistləri təhqir edən min paylaşım edib

Argentina prezidenti 4 gündə jurnalistləri təhqir edən min paylaşım edib

Birinci sinfə qəbulla bağlı BŞTİ-dən MƏLUMAT

Birinci sinfə qəbulla bağlı BŞTİ-dən MƏLUMAT

SON DƏQİQƏ! ABŞ və İsrail Xark adasına hücuma başladı – VİDEO

SON DƏQİQƏ! ABŞ və İsrail Xark adasına hücuma başladı – VİDEO

Süni intellekt dövründə kibertəhlükəsizlik – Əsas risklər və müdafiə mexanizmləri – Zari Uslu-Abdullayeva ilə MÜSAHİBƏ

Süni intellekt dövründə kibertəhlükəsizlik – Əsas risklər və müdafiə mexanizmləri – Zari Uslu-Abdullayeva ilə MÜSAHİBƏ

İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi

İbrahim Tatlıses xəstəxanaya yerləşdirildi

İstanbulda İsrail konsulluğuna hücum edənlərin şəxsiyyəti müəyyənləşdi – FOTO/VİDEO

İstanbulda İsrail konsulluğuna hücum edənlərin şəxsiyyəti müəyyənləşdi – FOTO/VİDEO

Hazırda Türkiyədə İsrail diplomatı yoxdur - KİV

Hazırda Türkiyədə İsrail diplomatı yoxdur - KİV

Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxs HAKİM QARŞISINA çıxarıldı

Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxs HAKİM QARŞISINA çıxarıldı

Ədalət Şükürov bunun üçün 110 min manat ödədi - FOTO - VİDEO

Ədalət Şükürov bunun üçün 110 min manat ödədi - FOTO - VİDEO

George Haci Rumıniya millisinin yeni baş məşqçisi oldu

George Haci Rumıniya millisinin yeni baş məşqçisi oldu

End of content

No more pages to load

RADİO