Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev vəzifəsini tərk edib.
Bizim.Media "report.az"a istinadla xəbər verir ki, onun yerinə hələlik təyinat olmayıb.
A.Nağıyev 2024-cü ildə bu vəzifəyə təyin edilmişdi.
O, bundan əvvəl "Azərsun Holdinq" MMC, "Central National Gottesman Inc", "PAŞA Bank" ASC-də Satınalma üzrə rəhbər vəzifələrdə fəaliyyət göstərib, bu sahədə 10 ildən çox təcrübəyə malikdir.
Bizim.Media