Qusarda sel sularının dağıtdığı Kuzun kəndinin yolu açılıb. Üstəlik çay kənarında yerləşən evlərin su basmasının da qarşısı alınıb.Vəziyyətin yenidən təkrarlanmaması üçün əlavə tədbirlər görülür.
Qeyd edək ki, Qusar İcra başçısı Sahir Məmmədxanov ötən gün selin fəsadlarının olduğu ərazilərdə olub, dağlıq Kuzun kəndinə də baş çəkib.
Rayon rəhbəri sakinlərlə görüşdə dövlətin imkan daxilində fəsadlarla bağlı kömək edəcəyini bildirib.
Rayon ərazisində yolu bağlı kəndlərin açılması üçün, də tədbirlər davam etdirilir.
Hazırda aidiyyəti qurumlar tərəfindən vəziyyətin yenidən təkrarlanmaması üçün əlavə profilaktik tədbirlər görülür.
Rəsmi qurumlar bildirir ki, vəziyyət nəzarət altındadır və bölgədə təhlükəsizliyin təmin olunması üçün bütün zəruri addımlar atılmaqda davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu