Qusarda oğul anasını döydü

Qusar Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Fərəc Bəşirzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1000 manat cərimə cəzasına məhkum olunub.

İttihama görə, hadisə 2026-cı ilin yanvar ayında saat 16:30 radələrində təqsirləndirilən şəxsin yaşadığı Qusar rayonu ərazisində yerləşən mağazada baş verib.

Belə ki, sərxoş vəziyyətdə olan Fərəc Bəşirzadə mağazada satıcı kimi çalışan anası, zərərçəkmiş Bəsti Bəşirzadədən (adı, soyadı şərtidir) spirtli içki almaq istəyib. Anasının buna etiraz etməsi nəticəsində aralarında mübahisə yaranıb.

Mübahisə zamanı təqsirləndirilən şəxs qəsdən qadına qarşı fiziki zor tətbiq edərək onun üz nahiyəsinə əl və qol zərbələri endirib.

Nəticədə Bəsti Bəşirzadəyə sağ göz orbiti ətrafında və üst dodağın orta hissəsində qançırlar, burunun sol yan səthində sıyrıqlar, eləcə də üst dodağın selikli qişasında əzilmiş yara kimi xəsarətlər yetirilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

Məhkəmə istintaqı zamanı Fərəc Bəşirzadə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib.

O, ifadəsində deyib ki, hadisə günü səhər saatlarında qardaşına məxsus mağazadan spirtli içki alaraq qəbul edib. Daha sonra həmin gün yenidən mağazaya qayıdaraq spirtli içki almaq istəyərkən anası buna mane olub.

Bu səbəbdən aralarında mübahisə yarandığını deyən təqsirləndirilən şəxs əsəbiləşərək anasına zərbə endirdiyini etiraf edib.

O, həmçinin anası ilə barışdığını, törətdiyi əməldən peşman olduğunu və məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş edib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran yaponiyalı jurnalisti həbsdən azad etdi

İran yaponiyalı jurnalisti həbsdən azad etdi

Cənubi Koreya prezidentinin üzrünə Kim Çen İndən REAKSİYA

Cənubi Koreya prezidentinin üzrünə Kim Çen İndən REAKSİYA

Bakıda mənzillərin artan satış və kirayə QİYMƏTLƏRİ

Bakıda mənzillərin artan satış və kirayə QİYMƏTLƏRİ

İsraildən iranlılara xəbərdarlıq:"Bu gün saat 21.00-a qədər..."

İsraildən iranlılara xəbərdarlıq:"Bu gün saat 21.00-a qədər..."

Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ

Aprelin pensiyasını gözləyənlərin NƏZƏRİNƏ

Zəngilan sakinlərinə şad xəbər

Zəngilan sakinlərinə şad xəbər

Rusiya məktəblərində QANLI İNSİDENT– Şagird müəllimi bıçaqla öldürdü - VİDEO

Rusiya məktəblərində QANLI İNSİDENT– Şagird müəllimi bıçaqla öldürdü - VİDEO

Rusiya bu “respublika”nı terror təşkilatı ELAN ETDİ

Rusiya bu “respublika”nı terror təşkilatı ELAN ETDİ

“Xamenei huşsuz vəziyyətdədir”

“Xamenei huşsuz vəziyyətdədir”

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR

Sumqayıtda dəm qazından zəhərlənən 5 uşağın vəziyyəti AĞIRDIR

Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

Ukraynadan Rusiyanın ən böyük limanına növbəti hücum – VİDEO

“Napoli” “Qarabağ”ın futbolçusundan İMTİNA ETDİ

“Napoli” “Qarabağ”ın futbolçusundan İMTİNA ETDİ

Gürcüstanda azərbaycanlı merin qardaşı TUTULDU

Gürcüstanda azərbaycanlı merin qardaşı TUTULDU

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Biləsuvarda evindən meyiti tapılan 41 yaşlı qadının ölümü ilə bağlı TƏFƏRRÜAT – ÖZƏL

Bu ərazilərdə su kəsiləcək

Bu ərazilərdə su kəsiləcək

Milli Məclisin növbəti iclasının VAXTI və GÜNDƏLİYİ

Milli Məclisin növbəti iclasının VAXTI GÜNDƏLİYİ

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Qaradağda əməliyyat: 5 nəfər tutuldu - VİDEO

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Bakıda film kimi QƏZA – Nəzarətsiz qalan azyaşlılar bir qadının ölümünə SƏBƏB OLDU

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Xocavəndə növbəti köç YOLA SALINDI

Xocavəndə növbəti köç YOLA SALINDI

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

Bu əməliyyatlar da sığorta hesabına ediləcək – RƏSMİ

Azərbaycanda kafelər 9-da bağlanacaq? — AÇIQLAMA

Azərbaycanda kafelər 9-da bağlanacaq? — AÇIQLAMA

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi: 3 ölü, 12 yaralı var - FOTO

Rusiya ordusu Ukraynada avtobusa zərbə endirdi: 3 ölü, 12 yaralı var - FOTO

BU FÜRSƏT xaricdə işləmək istəyənlər üçündür

BU FÜRSƏT xaricdə işləmək istəyənlər üçündür

End of content

No more pages to load

RADİO