Adam oğurluğunda təqsirləndirilən Sübhan Aslanov, Elcan Gözəlov, Azad Bayraxtarov, Seymur Hacıyev və İslam Misirovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
Bizim.Media xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılır.
Qeyd edək ki, hadisə 2022-ci ilin yanvarında baş verib.
Belə ki, dəstə üzvləri maddi gəlir əldə etmək məqsədilə Rafael Şəfiyevi oğurlayaraq hədə-qorxu yolu ilə ondan külli miqdarda pul tələb ediblər.
Əvvəlcə dəstə üzvləri Rafael Şəfiyevin maddi imkanının yaxşı olduğunu bildikdən sonra, ondan 30 min manat tələb ediblər.
Silahla hədə qorxu edilən zərərçəkmiş ailəsinə xəbər yollayaraq dəstə üzvlərini pul kartına 3 min manat göndərtdirib, sonra isə “BMV E39" markalı 90-LF-079 dövlət qeydiyyat nişanlı avtomobilini onlara təhvil verib.
Cinayətkar qrupun üzvləri həmin avtomobili qəbul edib Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən avtodayanacağa yerləşdirərək zərərçəkmiş şəxsə xeyli miqdarda 12.000 manat dəyərində ziyan vurublar. Bu azmış kimi dəstə üzvləri zərərçəkmiş şəxsi döyüblər.
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı cinayətkar dəstənin üzvləri saxlanılıb.
Dəstə üzvləri - Sübhan Aslanova qarşı Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci, Seymur Hacıyev, Elcan Gözəlov, Azad Bayraxtarovun və İslam Misirov barəsində həmin Məcəllənin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsi həmin şəxslərin barəsində ittihamedici hökm çıxarıb. Ali Məhkəmədə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb. (Pravda.az)
Bizim.Media