Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xidmətləri və Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ərazidə 101 nəfər sakinlə bağlı operativ tədbirlər görülüb.
Bizim.Media xəbər verir ki, həyata keçirilmiş xilasetmə işləri nəticəsində 34 nəfər sakin təhlükəsiz əraziyə təxliyyə edilib.
Digər sakinlər ilə fərdi söhbətlər aparılaraq lazımi maarifləndirmə və təhlükəsizlik qaydaları izah olunub. Eyni zamanda, ərazidə suyun səviyyəsinin aşağı salınması üçün xüsusi təyinatlı nasoslar və motopompalar cəlb olunub.
Təxliyyə olunan sakinlər Keşlə Şah Abbas məscidinin ərazsində olan inzibati binasında yaradılmış qərargahda yerləşdirilərək qida, isti geyim və tibbi-psixoloji yardımla təmin olunub.
Müvəqqəti sığınacaq ehtiyacı olan 3 təsərrüfat üzrə ümumilikdə 7 sakinin yerləşdirilməsi məqsədilə əlavə yaşayış məkanları təşkil edilir.
Hazırda ərazidə bərpa və təmizləmə işləri fasiləsiz davam etdirilir, fəsadların aradan qaldırılması istiqamətində kompleks tədbirlər görülür, vəziyyət nəzarət altındadır.
Bizim.Media