Qusar rayon İcra Hakimiyyətinin birinci müavini, rayon FHK-nın sədri Şahid Fərəməzov Bizim.Media-ya bildirib ki, saat 15:16-da Farik Fərid oğlu Rəsulovun meyiti vətəndaşlar tərəfindən sudan çıxarılıb.
Mərhumun hansı şəraitdə suya düşdüyü tam məlum deyil.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma başlanılıb.
Xatırladaq ki, bu gün günorta saatlarında Qusar rayonu Gündüzqala kənd ərazisindən keçən Quru çaya sel gəlib. Həmin kəndin sakini, 27 yaşlı Farik Fərid oğlu Rəsulovu sel aparıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu