Bu gün saat 14:04 dəqiqədə "112" qaynar telefon xəttindən Şimal Regional Mərkəzinin Operativ məlumat şöbəsinə Qusar rayonu, Gündüzqala kənd ərazisindən keçən Quru çayda 1 nəfəri sel aparması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, Quru çaya sel gəlməsi nəticəsində Qusar rayonunun Gündüzqala kənd sakini, 27 yaşlı Farik Fərid oğlu Rəsulovu güclü sel aparıb.
Qusar FHK-dan məlumat təsdiqlənib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu