Hamam otağından yayılan BƏLA - “Pitiminutka” niyə bu qədər TƏHLÜKƏLİDİR?

İnsanların kabusuna çevrilən dəm qazı fəlakəti qışın əvvəlindən sonuna kimi hər il can almağa davam edir. Bu “səssiz ölüm” adlanan bəla əslində ardınca çox səs-küy yaradır: hər il eyni problemlər, narazılıqlar və qarşısıalınmaz faciələr... Dəfələrlə əhaliyə xəbərdarlıq olunsa da, nə insanlar deyilənə əhəmiyyət verir, nə də qaz boruları ətraflı yoxlanılır.

Rəqəmlər isə qorxulu həddə çatıb:
 

MÖVZU İLƏ BAĞLI:

Təhlükəli “pitiminutka”lardan niyə imtina etmirik? - VİDEO


Azərbaycan dəm qazından ölüm hallarına görə qonşu ölkələr arasında yalnız İrandan geri qalır. Ümumilikdə 2025‑ci ilin yanvar-mart aylarında 152 hadisə qeydə alınıb, onlardan 11 nəfər ölüb. Bu yaxınlarda isə bir neçə ard-arda hadisə məsələnin ciddiyətini daha da artırdı.  Belə ki, bu ilin fevralın 26-da Gəncədə 26 yaşlı qadın, martın 3-də Bakıda 45 yaşlı kişi, 30-dat Qazaxda 18 yaşlı qız, aprelin 1-də Bakıda ər və arvad dəm qazından zəhərlənərək öldü. Ötən gün isə Sumqayıtda bir ailənin 6 uşağı dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Havalar isindikcə insanlar dəm qazı qatilinin artıq uzaqlaşdığını düşünürlər, amma iş orasındadır ki, xalq arasında “pitiminutka” adlandırılan su qızdırıcılar bütün fəsillərdə işləyir, yəni təhlükə qalmaqdadır. Sadəcə sual yaranır:

Niyə “pitiminutka”lar daha çox dəm qazı yayır və niyə yay aylarından bu qurğudan istifadə olunsa da ölüm hallarına rast gəlinmir?

Qaz qurğuları üzrə mütəxəssis Arzu Nəcəfov məsələ ilə bağlı Bizim.Media-ya bildirdi ki, problem cihazın özündən çox, onun necə işlədilməsi və quraşdırılmasındadır.  

“Dəm qazı qazın tam yanmaması nəticəsində yaranır. Normalda qaz yananda karbon qazı əmələ gəlir. Əgər otaqda kifayət qədər oksigen yoxdursa, cihazın bacası düzgün çəkilib, açıq havaya çıxarılmayıbsa, onda qaz tam yanmır və karbon qazı da zəhərləyir. Digər tərəfdən, ev adamları su kranını hər açıb-bağladıqda qurğu tam işə düşə bilmir, təzəcə qızan kimi söndürülür, yəni insan müdaxiləsi digər qazla çalışan qurğulardan fərqli olaraq “pitiminutka”larda daha çoxdur”.

A.Nəcəfov həmçinin vurğuladı ki, bu tip cihazlar çox vaxt kiçik məkanlarda - “xruşşovka” tipli evlərin dar hamam və ya mətbəxlərində istifadə olunur. Yaxud da kiçik kirayə həyət evlərinə qoyulur. Belə evlərdə də adətən havalandırma zəif olur, bəzən isə bacasız quraşdırılır. Bu da dəm qazının yığılmasına səbəb olur. Ona görə də belə hamamda çiməndə, yaxud mətbəxdə çalışanda dəm qazı qana keçərək oksigeni əngəlləyir və qısa müddətdə zəhərlənmə baş verir.


İsti fəsillərdə dəm qazı zəhərlənməsinin az olmasına gəlincə mütəxəssis diqqətə çatdırdı ki, qışda soyuq gəlməsin deyə pəncərələr kip bağlanır, bina evlərindəki ventilyasiya dəliyi də qapadılır. Yaz-yay mövsümündə isə evlər tez-tez havalandırılır və ya daim pəncərə açıq qalır. Buna görə də faciə önlənmiş olur, üstəlik isti suya ehtiyac da çox olmur deyə insan müdaxiləsi az olur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp etiraf etdi: “İrandakı müxaliflərə silah göndərdik, amma kürdlər özlərinə götürdü”

Tramp etiraf etdi: “İrandakı müxaliflərə silah göndərdik, amma kürdlər özlərinə götürdü”

Ukrayna bu əraziləri AZAD ETDİ

Ukrayna bu əraziləri AZAD ETDİ

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

Əfqan Sadıqov Azərbaycana deportasiya edildi

“İran saziş bağlamasa, nefti nəzarətə götürəcəyəm” - Tramp

“İran saziş bağlamasa, nefti nəzarətə götürəcəyəm” - Tramp

Macar ordusu “Türk axını”nın bir hissəsini mühafizə edəcək

Macar ordusu “Türk axını”nın bir hissəsini mühafizə edəcək

Quba-Qusar rayonları ərazisindən axan çaylara sel gəlib - VİDEO

Quba-Qusar rayonları ərazisindən axan çaylara sel gəlib - VİDEO

Əsl “Betmen mağarası”: Buradakı mənzərə xüsusi effektləri xatırladır - VİDEO

Əsl “Betmen mağarası”: Buradakı mənzərə xüsusi effektləri xatırladır - VİDEO

Aprelin ən uğurlu bürcləri

Aprelin ən uğurlu bürcləri

ABŞ-ın İranla müharibədə itirdiyi təyyarələrin SAYI

ABŞ-ın İranla müharibədə itirdiyi təyyarələrin SAYI

Xəstəxanaya yerləşdirilən Luçeskunun vəziyyəti pisləşdi

Xəstəxanaya yerləşdirilən Luçeskunun vəziyyəti pisləşdi

“ABŞ sabah sülh razılaşmasına nail ola bilər” - Tramp

“ABŞ sabah sülh razılaşmasına nail ola bilər” - Tramp

Ancelina Colinin qızının aktrisa kimi debütü - VİDEO

Ancelina Colinin qızının aktrisa kimi debütü - VİDEO

Cüdo üzrə Avropa Kubokuna yekun vuruldu - 24 medalımız var - FOTO

Cüdo üzrə Avropa Kubokuna yekun vuruldu - 24 medalımız var - FOTO

Beyləqanda qəzada dünyasını dəyişən sürücü ilə bağlı bəzi TƏFƏRRÜAT - FOTO/VİDEO

Beyləqanda qəzada dünyasını dəyişən sürücü ilə bağlı bəzi TƏFƏRRÜAT - FOTO/VİDEO

Ermənilərin əsirlərimizi gizlətdikləri yerdən görüntülər - VİDEO

Ermənilərin əsirlərimizi gizlətdikləri yerdən görüntülər - VİDEO

XİN: Heç bir ölkə Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb

XİN: Heç bir ölkə Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

Yollarda görünüş məhdudlaşacaq

Yollarda görünüş məhdudlaşacaq

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

End of content

No more pages to load

RADİO