Cari ilin fevral ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutları tərəfindən buraxılmış "Visa" ödəniş kartları (o cümlədən statistik vahidin ödəniş kartları) üzrə əməliyyatların sayı 143,164 milyon vahid, əməliyyatların həcmi isə 7,387 milyard manat təşkil edib.
Bizim.Media bu barədə Azərbaycanın Mərkəzi Bankına (AMB) isitnadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 44,432 milyon və ya 45 faiz, əməliyyatların həcmi isə 1,45 milyard manat və ya 24,4 faiz artıb.
Eyni zamanda, qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış "Visa" kartları üzrə əməliyyatların sayı 658,2 min, əməliyyatların həcmi isə 59,8 milyon manat olub.
Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən bütün əməliyyatlar nəzərdə tutulur.
Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən buraxılmış kartlarla aparılan tranzaksiyalardır.
Bizim.Media