Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzinin divarlarında qraffiti ilə edilən cızma-qaraların aradan qaldırılması və tarixi binanın əvvəlki görünüşünün bərpasına başlanıb.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Abadlıq Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, bu xoşagəlməz mənzərənin aradan qaldırılması ilə bağlı tapşırığı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə həyata keçirən Bakı Abadlıq Xidmətinin mütəxəssisləri artıq iş başındadırlar.
Zədələnmiş hissələr sökülərək binanın orijinal rənginə uyğun boya sifariş edilib və yaxın günlərdə binanın estetik görünüşü tam bərpa olunacaq. (Trend.az)


Bizim.Media