​68 ildir eyni qurumda çalışır: 100 yaşı olacaq - FOTO

Azərbaycanda ən yaşlı unuversitet müəllimi Məsumə Məlikovadır. Məsumə Məlikova Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiridir.

Bizim.Media "metbuat.az"a istinadla xəbər verir ki, görkəmli alimin bütün fəaliyyəti BDU ilə bağlıdır. O, 68 ildi doğma təhsil ocağında çalışır.

Qeyd edək ki, hüquq elmləri doktoru, professor Məsumə Məlikova 22 noyabr 1929-cu ildə Bakı şəhərində dünyaya göz açıb. 1952-ci ildə BDU-nun Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini başa vuran M.Məlikova elə o vaxtdan BDU-nun Hüquq fakültəsinin Dövlət hüququ kafedrasında müəllim vəzifəsində saxlanılıb.
 

1953-cü ildə BDU-nun aspiranturasına qəbul olunan Məsumə Məlikova elmi işini davam etdirmək üçün 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) aspiranturasına ezam edilib. Aspiranturanı bitirdikdən sonra 1958-ci ildə MDU-da "M.F.Axundovun ictimai-siyasi baxışları" mövzusunda namizədlik, 1973-cü ildə isə "XIX əsrin II yarısı-XX əsrin başlanğıcında Azərbaycan maarifçilərinin siyasi və hüquqi baxışları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.


Məsumə Məlikova 1958-1968-ci illərdə Hüquq fakültəsinin Dövlət hüququ kafedrasının müəllimi olub. Sonra Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrası təşkil edilib. O, 1968-ci ildən indiyə kimi bu kafedraya rəhbərlik edir.

M.Məlikova 1974-cü ildə professor elmi adını alıb, 1989-cu ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alim "Azərbaycan Respublikasının Əməkdar hüquqşünası" fəxri adı, "Şərəf nişanı" və "Şöhrət" ordenləri, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı, "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı və çox sayda fəxri fərmanlarla təltif olunub.

İki il əvvəl Məsumə Məlikovanın 95 illik yubileyi təntənəli şəkildə qeyd olunub. 2029-cu ildə Məsumə xanımın 100 yaşı tamam olacaq. O, yaşının çoxluğuna baxmayaraq, bu gün də təcrübəsini gənc alimlərlə bölüşür.

Fotoda: Məsumə Məlikova


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi

Perinatal Mərkəzin sabiq direktoru: "TƏBİB-ə iki ay yalvardım"

Perinatal Mərkəzin sabiq direktoru: "TƏBİB-ə iki ay yalvardım"

Avropa Liqasında 1/4 final mərhələsi başlayır – OYUN CƏDVƏLİ

Avropa Liqasında 1/4 final mərhələsi başlayır – OYUN CƏDVƏLİ

Aylıq maaşa işləyən və pensiya alan şəxslərin NƏZƏRİNƏ

Aylıq maaşa işləyən və pensiya alan şəxslərin NƏZƏRİNƏ

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı

Eltisinin ölümünə səbəb olan həkim HƏBS OLUNDU

Eltisinin ölümünə səbəb olan həkim HƏBS OLUNDU

Sabah yağış yağacaq – HAVA DURUMU

Sabah yağış yağacaq – HAVA DURUMU

Aprelin 12-də keçiriləcək imtahanla bağlı MƏLUMAT

Aprelin 12-də keçiriləcək imtahanla bağlı MƏLUMAT

SON DƏQİQƏ: Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ: Xəzərdə zəlzələ baş verdi

Rasim Balayevin yerinə yeni sədr bu tarixdə SEÇİLƏCƏK

Rasim Balayevin yerinə yeni sədr bu tarixdə SEÇİLƏCƏK

Medianın İnkişafı Agentliyində Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirildi - FOTO

Medianın İnkişafı Agentliyində Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirildi - FOTO

“28 May”dan “Nizami”yə ödənişsiz avtobuslar fəaliyyət GÖSTƏRƏ BİLƏR

“28 May”dan “Nizami”yə ödənişsiz avtobuslar fəaliyyət GÖSTƏRƏ BİLƏR

ADNSU ilə Çinin Pekin Kimya Texnologiyası Universiteti arasında Anlaşma Memorandumu imzalanıb – FOTO

ADNSU ilə Çinin Pekin Kimya Texnologiyası Universiteti arasında Anlaşma Memorandumu imzalanıb – FOTO

"Uzak şehir"ə vida edəcəklər

"Uzak şehir"ə vida edəcəklər

Prezidentdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı FƏRMAN

Prezidentdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlı FƏRMAN

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Zəngilanın Məmmədbəyli kəndi belə quruldu - VİDEO

Zəngilanın Məmmədbəyli kəndi belə quruldu - VİDEO

Qızdırılan tütün məmulatlarından istifadə edənlər də CƏRİMƏLƏNƏCƏK? – HÜQUQİ İZAH

Qızdırılan tütün məmulatlarından istifadə edənlər də CƏRİMƏLƏNƏCƏK? – HÜQUQİ İZAH

Millimizdən ardıcıl İKİNCİ QƏLƏBƏ

Millimizdən ardıcıl İKİNCİ QƏLƏBƏ

“Poniland”da qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edildi – FOTO

“Poniland”da qanunsuz saxlanılan vəhşi heyvanlar xilas edildi – FOTO

Taleh Bağırzadənin oğlu yumruqla 17 yaşlı qızın BURNUNU SINDIRDI

Taleh Bağırzadənin oğlu yumruqla 17 yaşlı qızın BURNUNU SINDIRDI

Türkiyədə güclü ZƏLZƏLƏ

Türkiyədə güclü ZƏLZƏLƏ

Böyük Britaniya kralı gizlincə müsəlman olub? – ŞOK İDDİA

Böyük Britaniya kralı gizlincə müsəlman olub? – ŞOK İDDİA

Şirvanda 6 nəfərin zəhərləndiyi obyekt bağlandı - RƏSMİ

Şirvanda 6 nəfərin zəhərləndiyi obyekt bağlandı - RƏSMİ

End of content

No more pages to load

RADİO