Aqressiv it cinslərinin yaratdığı ÖLÜM TƏHLÜKƏSİ - Onların hücumlarına görə kim cavabdehdir?

İt saxlamaq təkcə bir heyvanı sahiblənmək deyil, həm onun, həm də ətrafdakıların qayğısına qalmaqdır. Evdə, xüsusilə də çoxmərtəbəli binalarda iri, təhlükəli itlərin saxlanılması isə həmçinin qonşuların narazılığına və narahatlığına səbəb olmaq deməkdir. Əsasən də Pitbull və Rotveiler kimi iri, güclü itlərin olması o ərazidə yaşayanların “gününü qara etmək” deməkdir.

Bəs bu qədər narahatlıq yaradırsa, təhlükəli itlərin mənzillərdə saxlanılması niyə qadağan edilmir?

Kinoloq (it təlimçisi) Vüqar Hətəmov Bizim.Media-ya açıqlamasında bildirdi ki, Pitbull əslində tək bir cins deyil, bir neçə yaxın cinsin ümumi adıdır, bunların bəziləri sosiallaşmağa meyillidir və düzgün saxlanılma və davranılma şəraiti olduqda aqressivlik göstərmir:

“Ümumiyyətlə bir itin aqressiv olub-olmaması yalnız cinsdən asılı deyil. Yanlış təlim, sosiallaşma çatışmazlığı, məsuliyyətsiz it sahibi olarsa nəinki iri itlər, hətta ən kiçik “dekorativ” itlər də hücum edə bilər. Əslində Pitbull hücumları mediada daha çox işıqlandırılır, buna görə “daha təhlükəli” kimi görünürlər. Bəli, ümumilikdə güclü itlər insanların çoxluq təşkil etdiyi ərazilərə qanunla müəyyən olunmuş qaydalarla çıxarılmalıdır. Amma düzgün böyüdüləndə, onlara qarşı aqressivlik göstərməyəndə mehriban ola bilirlər, problemsiz davranırlar”.

Qeyd edək ki, məhz Pitbulllar ən təhlükəli itlər sırasında birinci yerdədirlər.

Onların döyüş instinkti və sürətli hücum etmə bacarığı, eləcə də güclü çənəsi istənilən qurbanını parçalaya bilər. İkinci sırada Rotveiler gəlir, yaxşı təlim olmazsa, aqressiv ola bilər. Üçüncülük Alman çoban itindədir.

Ondan polis iti kimi də istifadə olunur. Çox ağıllıdır, güclü duyumu var, amma yanlış yönləndirilərsə, təhlükəli ola bilər. Dördüncü yerdə olan nəhəng Dobermanlar dominant xarakterlidir, ərazidə onun ağalığına xələl gətirən başqa canlı olmamalıdır. Beşinci yerdə olan türk Kanqalının çox güclü qoruma instinkti var.

Onların ailə hesab etdiyi insanlar, qoruduğu ərazilər təhlükə altında olarsa, əsib-coşan fırtınaya dönürlər.

Adıçəkilən it növləri mütləq ağızlıqla, qısa, möhkəm iplə gəzdirilməlidir. Əks halda bu cinsdən olan itlər insanlara hücum edərsə, onun sahibini cəza və ya cərimə gözləyir. Cərimələr hadisənin ağırlığına və nəticələrə görə dəyişir.

İt kiməsə zərər verərsə, sahibinə qarşı yüngül hallarda inzibati, daha ağır hallarda isə cinayət məsuliyyəti tətbiq oluna bilər. Üstəlik it vətəndaşa zərər veribsə, onun müalicə xərclərini itin sahibi (cərimədən əlavə) ödəməlidir.

Əgər it hücumu nəticəsində ağır xəsarət və ya ölüm baş veribsə, sahibi səhlənkarlığına görə hətta həbs oluna bilər.

Xatırladaq ki, Yevlax şəhərində 2022-ci ilin 13 oktyabrında Pitbull insanlara hücum edib.

Nəticədə it sahibi saxlanılıb və inzibati həbs cəzası alıb.

2022-ci ildə Türkiyənin Qaziantep şəhərində Pitbull hücumu nəticəsində azyaşlı uşaq ağır yaralanmışdı. Bu hadisə Türkiyədə geniş rezonans doğurmuşdu. Bundan sonra Pitbull tipli itlərə qarşı daha sərt qaydalar tətbiq edildi.

2023-cü ildə Rusiyanın paytaxtı Moskvada Pitbull sahibinin nəzarətindən çıxaraq küçədə bir neçə nəfərə hücum etmişdi.

Nəticədə insanlar müxtəlif dərəcəli xəsarətlər almış və sahibi məsuliyyətə cəlb olunmuşdu.

2024-cü ildə isə Gürcüstanda itin uşağa hücum etdiyi və ciddi xəsarət yetirdiyi xəbərlərdə yer almışdı. Tbilisidə baş vermiş bu hadisədən sonra ictimai yerlərdə nəzarət məsələsi yenidən gündəmə gəlmişdi.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

65 dollardan hesablanıb, indi 142 dollardır - Qiymətə yenidən baxılacaq?

65 dollardan hesablanıb, indi 142 dollardır - Qiymətə yenidən baxılacaq?

Bəxti açılan bürclər - Çətinliklər geridə qaldı

Bəxti açılan bürclər - Çətinliklər geridə qaldı

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Simonyan: "Rusiya qazın qiymətini artırsa, Ermənistan KTMT və Aİİ-dən çıxacaq"

Simonyan: "Rusiya qazın qiymətini artırsa, Ermənistan KTMT və Aİİ-dən çıxacaq"

Şimal bölgəsinin media nümayəndələri “Mediada Azərbaycan dili” təlimlərinə cəlb olundu - FOTO

Şimal bölgəsinin media nümayəndələri “Mediada Azərbaycan dili” təlimlərinə cəlb olundu - FOTO

Zelenski Türkiyəyə GETDİ

Zelenski Türkiyəyə GETDİ

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı TAPŞIRIQLAR VERDİ

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı TAPŞIRIQLAR VERDİ

Bu heyvanların kəsilməsi qadağan OLUNA BİLƏR

Bu heyvanların kəsilməsi qadağan OLUNA BİLƏR

Xəzər dənizinin yox olma riski var? - Rusiyalı alimdən təəccübləndirən AÇIQLAMA

Xəzər dənizinin yox olma riski var? - Rusiyalı alimdən təəccübləndirən AÇIQLAMA

Növbəti humanitar yardım İrana YOLA SALINDI

Növbəti humanitar yardım İrana YOLA SALINDI

PSJ öz meydanında qalib gəldi - VİDEO

PSJ öz meydanında qalib gəldi - VİDEO

DTX-də general-leytenantların sayı 3-ə çatdı

DTX-də general-leytenantların sayı 3-ə çatdı

Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ

Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ

Özünü Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən şəxs SAXLANILDI – FOTO

Özünü Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən şəxs SAXLANILDI – FOTO

İrana göndərilən növbəti humanitar yardım buraxılış məntəqəsinə daxil oldu - FOTO

İrana göndərilən növbəti humanitar yardım buraxılış məntəqəsinə daxil oldu - FOTO

Səyyar ASAN xidmət Türkiyədə...

Səyyar ASAN xidmət Türkiyədə...

Türkiyəli nazir Zəngəzur dəhlizinin nə vaxt istifadəyə veriləcəyindən DANIŞDI

Türkiyəli nazir Zəngəzur dəhlizinin nə vaxt istifadəyə veriləcəyindən DANIŞDI

Aprelin 5-də yola çıxanların DİQQƏTİNƏ

Aprelin 5-də yola çıxanların DİQQƏTİNƏ

Nizami Kino Mərkəzinin divarları üçün boya sifariş edildi - FOTO

Nizami Kino Mərkəzinin divarları üçün boya sifariş edildi - FOTO

İran ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyinə zərbə endirib

İran ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyinə zərbə endirib

Sabah yağış yağacaq, dolu düşəcək – PROQNOZ

Sabah yağış yağacaq, dolu düşəcək – PROQNOZ

Mümtaz Xəlilzadə: “Azərbaycan dilinə xüsusi diqqət göstərmək hər birimizin borcudur” – VİDEO

Mümtaz Xəlilzadə: “Azərbaycan dilinə xüsusi diqqət göstərmək hər birimizin borcudur” – VİDEO

ABŞ- İran müharibəsinin bitəcəyi tarix açıqlandı

ABŞ- İran müharibəsinin bitəcəyi tarix açıqlandı

İlon Mask uşaqlıqda hansı rus kitablarını oxuyub? - Atası danışdı

İlon Mask uşaqlıqda hansı rus kitablarını oxuyub? - Atası danışdı

End of content

No more pages to load

RADİO