“Bu, sadəcə divara rəsm çəkmək deyil, vandalizm aktıdır”

“Paytaxtın mərkəzində, mədəni yaddaşımızın simvollarından birinə çevrilmiş Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi hadisəsi heç də bəzilərinin təqdim etməyə çalışdığı kimi “sadəcə divara rəsm çəkmək” deyil, bu, açıq-aydın vandalizm aktıdır”.

Bizim.Media xəbər verir ki, bunu “apa.az”a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova bildirib.

Deputat deyib ki, bu, şəhərin estetik görünüşünə, tarixi-mədəni dəyərinə və ümumi ictimai mühitinə qarşı hörmətsizlikdir:

“Bu, hər birimizin ortaq dəyərinə qarşı edilən müdaxilədir. Biz otuz il erməni vandallarının tarixi abidələrimizə qarşı etdiyi pozucu əməllərdən əziyyət çəkmişik, indi isə şəhərimizin mərkəzində belə bir mənzərə ilə üzləşmək məyusluq doğurur. Düzdür, qraffiti bəzi Qərb şəhərlərində uzun illərdir ki, geniş yayılıb və artıq bir çox hallarda şəhər mühitinin ciddi problemlərindən birinə çevrilib. ABŞ və Avropanın müxtəlif şəhərlərində tarixi binaların, körpülərin, ictimai məkanların necə eybəcər hala salındığını görmək çətin deyil.

Bu mənzərələr şəhərin ruhunu öldürür, arxitekturanın orijinallığını məhv edir və nəticədə vizual xaos yaradır. Biz bu mənzərəni Bakıda görmək istəyirik? Əlbəttə ki, yox! Çünki qraffiti mədəniyyəti Azərbaycan üçün, xüsusilə Bakı üçün yad bir anlayışdır. Bu şəhər başqa dəyərlərlə tanınır. Bakı – zərif memarlığı, tarixi irsi, müasirliyi və ən əsası, təmizliyi ilə seçilir. Bu şəhərin küçələri, binaları, ictimai məkanları təsadüfi və yöndəmsiz yazılar üçün deyil. Bu şəhər estetik zövqün, nizam-intizamın və mədəni davranışın göstəricisidir”.

Elnarə Akimova qeyd edib ki, Bakının gözəlliyi təsadüfi yaranmayıb:

“Son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq və bərpa işləri nəticəsində şəhər sözün əsl mənasında yenidən doğulub. Tarixi binalar bərpa edilib, küçələr abadlaşdırılıb, ictimai məkanlar müasir standartlara uyğunlaşdırılıb. Bu işlərə böyük zəhmət, vaxt və maliyyə sərf olunub. Belə bir fonda hansısa şəxslərin gəlib bu əməyi bir neçə dəqiqə ərzində “imza atmaq” adı ilə korlaması təkcə qanun pozuntusu deyil, həm də mənəvi məsuliyyətsizlikdir.

Bu hadisə eyni zamanda gənclər arasında məsuliyyət və tərbiyə məsələsini də gündəmə gətirir. Bu əməli törədən şəxslər – kim olmasından asılı olmayaraq – bir həqiqəti anlamalıdırlar ki, yaradıcılıq adı altında dağıdıcılıq etmək heç bir halda qəbul edilə bilməz. Müasir dövrdə gənclər üçün özünüifadə imkanları saysızdır: rəqəmsal platformalar, incəsənət layihələri, sərgilər, startaplar və s. var.

Bütün bu imkanlar mövcud olduğu halda, ictimai mülkiyyətə zərər vurmaq nə yaradıcılıqdır, nə də cəsarətdir. Bu, sadəcə məsuliyyətsizlikdir. Hər şeyi qanunlarla tənzimləməyə ehtiyac olmamalıdır. İlk növbədə, hər bir vətəndaşın mənəvi məsuliyyəti, hədd meyarları olmalıdır”.

Deputat hesab edir ki, burada valideyn məsuliyyəti də xüsusi vurğulanmalıdır:

“Uşaqlara və yeniyetmələrə kiçik yaşlarından ictimai mülkiyyətə hörmət, şəhər mədəniyyəti, estetik zövq və vətəndaş məsuliyyəti aşılanmalıdır. Valideyn övladının harada olduğunu, nə etdiyini, hansı mühitdə formalaşdığını bilməlidir. Küçədə baş verən hər bir belə hadisənin kökündə müəyyən qədər nəzarətsizlik və tərbiyə boşluğu dayanır. Bu gün məsələ təkcə bir divarın çirkləndirilməsi deyil. Bu, şəhər mədəniyyətinə qarşı yönəlmiş bir tendensiyanın başlanğıcı ola bilər. Əgər bu kimi hallara vaxtında və sərt ictimai reaksiya verilməzsə, sabah daha geniş miqyasda oxşar hallarla üzləşə bilərik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Teylor Sviftin toy tarixi bəlli oldu

Teylor Sviftin toy tarixi bəlli oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

"Bir daha həmin yerə getmərəm"

"Bir daha həmin yerə getmərəm"

Bakının qlobal "fırtınaya" qarşı planı: Təhlükəsizlik yastığı hazırdır

Bakının qlobal "fırtınaya" qarşı planı: Təhlükəsizlik yastığı hazırdır

Türkiyə millisinə yeni himn bəstələyəcək

Türkiyə millisinə yeni himn bəstələyəcək

Meloni Fars körfəzi ölkələrinə elan olunmamış SƏFƏR ETDİ

Meloni Fars körfəzi ölkələrinə elan olunmamış SƏFƏR ETDİ

Oktay Kaynarcanın qarşısında yerə uzandı - Video

Oktay Kaynarcanın qarşısında yerə uzandı - Video

“Bu, sadəcə divara rəsm çəkmək deyil, vandalizm aktıdır”

“Bu, sadəcə divara rəsm çəkmək deyil, vandalizm aktıdır”

Türkiyə lirəni xilas etmək üçün bu yola əl atdı

Türkiyə lirəni xilas etmək üçün bu yola əl atdı

"Küçədə nə danışırlarsa, efirdə də onu edirlər"

"Küçədə nə danışırlarsa, efirdə də onu edirlər"

54 ildən sonra Yerin tam fotosu çəkildi

54 ildən sonra Yerin tam fotosu çəkildi

İsrail ən iri qaz yatağında hasilatı bərpa etdi

İsrail ən iri qaz yatağında hasilatı bərpa etdi

Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ

Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ

End of content

No more pages to load

RADİO