AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

Əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunması xüsusi əhəmiyyət daşıyır.

Müəyyən edilmiş qaydalara əsasən, bazarlarda satılan qida məhsulları müvafiq sənədlərlə müşayiət olunmalı, gigiyenik şəraitdə saxlanılmalı və istehlakçılara təhlükəsiz halda təqdim edilməlidir. Xüsusilə ət, süd, yumurta kimi heyvan mənşəli məhsullar baytarlıq-sanitariya sənədləri ilə müşayiət olunmalı, məhsulların üzərində etiketləmə aparılmalı və istehsalçı haqqında məlumat göstərilməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, qida məhsullarının saxlanma şəraitinə də xüsusi diqqət yetirilməlidir. Tez xarab olan məhsullar, o cümlədən ət və süd məhsulları uyğun temperatur rejimində, soyuducu avadanlıqlarda saxlanılmalıdır.

Çiy və hazır məhsulların ayrı saxlanılması təmin edilməli, məhsulların çirklənmədən qarşısı alınmalıdır.

Satış yerlərində sanitariya və gigiyena qaydalarına riayət olunması da mühüm şərtlərdəndir. Satıcılar təmiz iş geyimindən (əlcək, xalat, baş örtüyü) istifadə etməli, satış sahələri müntəzəm təmizlənməli və dezinfeksiya edilməlidir. Həmçinin tullantıların yığılması üçün qapalı konteynerlərin olması vacibdir. Eyni zamanda, qida məhsullarının satışı ilə məşğul olan şəxslərin sağlamlıq vəziyyəti də nəzarətdə saxlanılmalıdır. Satıcılar tibbi müayinədən keçməli və sağlamlıq haqqında arayışa malik olmalıdır.
 

“Bazarlarda mövcud vəziyyətə görə məsuliyyəti birbaşa bazar rəhbərliyi daşıyır. Bazar rəhbəri alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etmək üçün müvafiq şərait yaratmalıdır.


Qida Təhlükəsizliyi Agentliyi bazar rəhbərlərini məsuliyyətə dəvət edərək bildirir ki, ərzaq bazarlarında yenidənqurma işləri görülməli, satış obyektləri gigiyenik qaydalara tam uyğunlaşdırılmalı, tullantılar vaxtında təmizlənməli, məhsulların düzgün şəraitdə saxlanılması və satışı təmin olunmalıdır. Aparılan yoxlamalar zamanı nöqsanlar aşkar edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir”, - deyə məlumatda vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Bu yay trend olacaq 5 geyim - FOTO

Bu yay trend olacaq 5 geyim - FOTO

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

Aprel döyüşlərindən 10 il ÖTÜR

Aprel döyüşlərindən 10 il ÖTÜR

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

“Qalatasaray”ın baş məşqçisi İngiltərə klubunun təklifindən imtina etdi

Bakıda bu evlər UCUZLAŞIR

Bakıda bu evlər UCUZLAŞIR

Bu yolda sürət həddi endirildi – FOTO

Bu yolda sürət həddi endirildi – FOTO

Putin Paşinyandan bunu istədi – VİDEO

Putin Paşinyandan bunu istədi – VİDEO

Avropa Hörmüzün açılmasına kömək etməsə, ABŞ Ukraynaya silah tədarükünü dayandıracaq - KİV

Avropa Hörmüzün açılmasına kömək etməsə, ABŞ Ukraynaya silah tədarükünü dayandıracaq - KİV

Kevin Medinanın Toralın məclisindəki rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Kevin Medinanın Toralın məclisindəki rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Putin və Paşinyan arasında görüş - YENİLƏNİB/VİDEO

Putin və Paşinyan arasında görüş - YENİLƏNİB/VİDEO

“Sabah” “Astana” ilə yoxlama görüşü keçirəcək

“Sabah” “Astana” ilə yoxlama görüşü keçirəcək

“Sultan Süleyman” və “Hürrəm” 15 ildən sonra çəkiliş meydançasında – FOTO

“Sultan Süleyman” və “Hürrəm” 15 ildən sonra çəkiliş meydançasında – FOTO

Türkiyədə azərbaycanlı gənc öldürüldü – ANBAAN GÖRÜNTÜLƏR

Türkiyədə azərbaycanlı gənc öldürüldü – ANBAAN GÖRÜNTÜLƏR

Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefonla DANIŞDI

Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefonla DANIŞDI

Puldan niyə metal qoxusu gəlir?

Puldan niyə metal qoxusu gəlir?

"Rüzgar"ı öldürən əmisi anlaqlı olmayıb? - MƏHKƏMƏ

"Rüzgar"ı öldürən əmisi anlaqlı olmayıb? - MƏHKƏMƏ

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata KEÇİRİB

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata KEÇİRİB

İran XİN: “Hazırda heç bir danışıq aparılmır” – VİDEO

İran XİN: “Hazırda heç bir danışıq aparılmır” – VİDEO

Birinin saatı 59, o birinin 229 min manat... - FOTO

Birinin saatı 59, o birinin 229 min manat... - FOTO

End of content

No more pages to load

RADİO