Ağdamın Quzanlı qəsəbəsində dayısı qızı Cəfərova Leylanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media