Quba Soyqırımı Memorial Kompleksinə ziyarətçilərin axını davam edir.
Statusundan asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı 2007-ci ildə Qubada aşkar edilmiş kütləvi məzarlığın yerləşdiyi ərazidə, 1918-ci ilin mart hadisələri zamanı erməni daşnakları tərəfindən qətlə yetirilmiş dinc sakinlərin xatirəsinə ucaldılmış abidə önünə gül qoyur, ehtiramını bildirir.
Ziyarətçilər arasında sadə vətəndaşlarla yanaşı, Xudat Sərhəd Dəstəsinin, FHN-in hərbi qulluqçuları, eləcə də Quba Rayon Polis Şöbəsinin əməkdaşları da var.
Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova Bizim.Media-ya müsahibəsində bildirib ki, ildən-ilə kompleksi ziyarət edənlərin sayı artır.
Onun sözlərinə görə, burada ziyarətçilərə 4 dildə bələdçilik olunur.
Qeyd edək ki, anım günü ilə bağlı ziyarətlər günün sonunadək davam edəcək.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu