Sumqayıt şəhərinin ən böyük istirahət məkanı Nəsimi parkıdır. Lakin son dövrlər bu parkda iaşə obyektlərinin sayı durmadan artır. Bunun nəticəsində parkdakı yaşıllıqlar zərər görür.
Bizim.Media xəbər verir ki, son günlərdə Nəsimi parkındakı yaşıllıq ərazidə yenidən qazıntı işlərinə başlanılıb.
Sakinlərin sözlərinə görə, qazıntılar yaxınlıqdakı restoran sahibi tərəfindən aparılır.
Təbii ki, bu da parka gələn insanlarda təəccüb və təəssüf hissi doğurur.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media