Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri davam etdirilir.
Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində 8-i azyaşlı olmaqla ümumilikdə 42 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Bizim.Media