Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə narahatlıq doğuran yeni bir tendensiya yayılıb. Bəzi səhifələr süni intellekt vasitəsilə mərhum insanların görüntülərini pul qarşılığında "canlandıraraq" videolar hazırlayırlar.

Bir qrup insan bunu texnoloji yenilik kimi qəbul etsə də, digərləri bu cür paylaşımları etik hesab etmir və mərhumun xatirəsinə hörmətsizlik kimi qiymətləndirirlər. Məsələ yalnız etik çərçivə ilə məhdudlaşmır. Bu tip kontentlər həm dini, həm də psixoloji baxımdan ciddi suallar doğurur.

Bəs belə kontentlərin yaradılması nə dərəcədə doğrudur? Bu cür videolar insanların düşüncəsinə necə təsir edir?

Bizim.Media xəbər verir ki, "Baku TV" mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

"Mən belə şeylərə yaxşı baxmıram. Düşünəndə adamın tükləri biz-biz olur", - vətəndaşlardan biri söyləyib. Digər bir sakin isə qeyd edib: "Belə paylaşımları etməyə heç kimin ixtiyarı yoxdur".

Mərhum aktrisa Tünzalə Əliyevanın həyat yoldaşı Röyal Babayev də məsələyə münasibət bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu tip videolar ona pis təsir edir:
 

"Bəzən proqram vasitəsilə hazırlanmış görüntülər qarşıma çıxır. Tünzalə guya məzardan çıxıb daşa sarılır. Bu məni çox üzür, hətta sarsıdır. Bəzən bunu edən insanlara əsəbiləşirəm. Sonra düşünürəm ki, bunu maddi qazanc üçün edirlər. Anlamağa çalışıram. Amma olmazmı ki, hər kəs öz ailəsindən biri üçün belə videolar hazırlasın, başqalarına toxunmasın? Əminəm ki, pis niyyətləri yoxdur, lakin bilin ki, bu bizə yaxşı təsir etmir".


İlahiyyatçı Tural İrfan isə bildirib ki, dini baxımdan bu cür görüntülərin hazırlanması və yayılması doğru hesab olunmur. Onun sözlərinə görə, insanların öldükdən sonra dirilməsi qeyb aləminə aid məsələdir və bu nə elmi, nə də dünyəvi baxımdan tam izah edilə bilən bir prosesdir:

"Bu həm də mərhumun xatirəsinə hörmətsizlik kimi qiymətləndirilir".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

Tramp: "Enerji obyektlərinə hücumu 10 gün müddətinə dayandırıram" - FOTO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

DÇ-2026: Türkiyə millisi Rumıniyanı məğlub edərək pley-off finalına vəsiqə qazanıb - VİDEO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Rusiyadan İrana göndərilən humanitar yardım Astaraya çatıb – FOTO

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası – GƏLƏN HƏFTƏ QÜVVƏYƏ MİNƏCƏK

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

Ronaldo “Əl Nəsr”in düşərgəsinə qayıtdı

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - FOTO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Sosial şəbəkələrdə TƏHLÜKƏLİ TREND: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Daha bir ölkədə güclü ZƏLZƏLƏ oldu

Milimizin son məşqi - FOTO

Milimizin son məşqi - FOTO

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur malikanəsi FANTASTİK QİYMƏTƏ SATILIR - FOTOLAR

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

Kallas: Yaxın Şərqdəki gərginlik diqqəti Ukraynadan yayındırmamalıdır - FOTO

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

FİFA-dan yeni qaydalar: VAR sisteminin səlahiyyəti artırılır

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Nadir: "Toyda bunu etmək tərbiyəsizlikdir" - VİDEO

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Telefon kamerası vasitəsilə kimisə izləyə bilərsinizmi?

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Dünyada ən çox hərbçiyə malik olan ölkələr - SİYAHI

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Çox işləyənlərin nəzərinə: İşdən sonra bunları etsəniz xoşbəxt olacaqsınız

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Nura Suri: Göstəriş üçün yaşamaqdan imtina edin

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Emin Mahmudov: Nəticə bizim üçün vacibdir

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Kişilər qadınları buna görə əsəbləşdirir - Heç kimin düşünmədiyi nüans

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Türkiyə XİN: Müharibənin Qara dəniz hövzəsinə yayılmamaması üçün danışıqlar davam etdirilir

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Xarici KİV: Müharibə mağazalarda qiymət artımına səbəb olacaq

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Dəriniz qurudursa bu meyvələrdən uzaq durun

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Ermənistanda bir neçə hərbçi bıçaqlanıb

Aprel ayında evlənəcək bürclər - SİYAHI

Aprel ayında evlənəcək bürclər - SİYAHI

End of content

No more pages to load

RADİO