Müdir xanım işçiyə əxlaqsızlıq təklif etdi - "Akkord"da rüsvayçılıq

Moderator.az xəbər verir ki, bu barədə virtualaz.org-a açıqlamasında zərərçəkmiş xanımın özü məlumat verib.

Zərərçəkən xanımın adı redaksiyaya məlum olsa da etik mülahizələri nəzərə alaraq açıqlanmır.

Adını şərti olaraq Z.H. deyə qeyd etdiyimiz xanım əməkdaş açıqlamasında deyir ki, “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-yə göndərdiyi CV əsasında bu il avqust ayının 11-də həmin şirkətdə işə qəbul olunub.

Universiteti bitirdikdən sonra təhsilini Londonda davam etdirib başa vuran Z.H. Azərbaycana qayıdandan sonra iş üçün BP və “Akkord” şirkətlərinə müraciət edib. Əvvəlcə “Akkord”dan təklif alan Z.H. bu il avqustun 11-də şirkətə daxil olan “Qaradağ Mərmər Qranit” MMC-də müdir köməkçisi vəzifəsində işə başlayıb.

Z.H. bu 3 ay ərzində başına gələnləri belə nəql edir: “İşə başlayanda mənimlə əmək müqaviləsi bağlanacağını demişdilər. Amma müqavilənin bağlanması nədənsə uzanırdı. Rəhbərliyə bununla bağlı bir neçə dəfə müraciət etdim. İngilis dilini yüksək səviyyədə bilməyim və xaricdə aldığım təhsil kollektivdə çalışqan işçi kimi tez bir zamanda seçilməyimə imkan verdi. Burada işlədiyim müddətdə BP-dən də iş sorğuma cavab gəldi. Məni BP-yə də işə dəvət etdilər. “Qaradağ Mərmər Qranit” MMC-də 3 ay idi işləyirdim, amma mənimlə hələ də əmək müqaviləsi bağlanmamışdı. Bu üzdən normal əməkhaqqı da ala bilmirdim.

İşdən ayrılmaq istəyi ilə bağlı “Qaradağ Mərmər Qranit” MMC-nin müdiri, Türkiyə vətəndaşı olan İsmayıl Ceylana müraciət etdim. İsmayıl Ceylan isə cavabında mənə bildirdi ki, ən qısa zamanda səninlə əmək müqaviləsi bağlanacaq, iş şəraitin də yaxşılaşdırılacaq, əməkhaqqın da yüksək olacaq.

O, mənə belə vədlər verməklə fikrimi qismən dəyişdirdi. Həm də artıq kollektivə də öyrəşmişdim. Bu vədləri, perspektivdə hər şeyin yaxşı olacağını nəzərə alıb BP-dən gələn təklifi qəbul etmədim”.

Z.H.-nin başına nə gəlibsə də elə bundan sonra gəlib. Türkiyə vətəndaşı İ.Ceylanın kollektivin əksər gənc xanım işçilərinə qarşı “səmimi münasibəti”nə dəfələrlə şahid olan Z.H. əvvəlcə müdirin bu hərəkətlərinin fərqinə varmayıb, bu xoş münasibətin, səmimiyyətin pis niyyət güddüyünü zənn etməyib.

Z.H. türkiyəli müdirin gənc xanım işçilərə qarşı bu cür “səmimi münasibəti”nin əsl səbəbini, onun bu əməlinin və niyyətinin arxasında nələrin dayandığını sonradan anlayıb.

“İsmayıl Ceylan yaşlı adamdır. 53 yaşı var. Mən onu təzə-təzə tanıyanda bu cür pis niyyətli biri ola biləcəyini heç ağlıma da gətirmirdim. Hərdən görüşəndə bəzi xanım işçilər kimi məni də öpürdü. Sonradan bundan şübhələnib narahat olmağa başladım. Bundan şikayət edəndə kollektivdə çalışan xanımlardan biri mənə inanılmaz hadisələr danışdı. Deməli, bu adam, necə deyərlər, əsl seksual manyak imiş. Adını açıqlamaq istəmirəm, məndən əvvəl bu vəzifədə işləyən gənc bir xanım da bu səbəbdən işdən uzaqlaşıb. O, İsmayıl Ceylanın bu özbaşınalığı ilə bağlı baş idarəyə müraciət edib. İdarədən isə o qıza bu məsələ ilə bağlı başqa heç yerə şikayət etməməyi tapşırıblar. Əvəzində isə ona başqa iş veriblər. Bununla da məsələ bağlanıb.

İsmayıl Ceylan ötən həftə məni kabinetinə çağırdı. Sonra mənə qarşı əxlaqsız hərəkətlər etməyə cəhd etdi. Məni qucaqlamaq istədi. Qışqırdım. Qorxdu və tez məni buraxdı. Bizim kabinet olan mərtəbədə başqa heç kim yox idi. Mən onun üstünə qışqırmağa başladım. Elədiyi murdar hərəkət azmış kimi məni günahkar çıxarmağa çalışdı. “Qara məni basınca...” prinsipi ilə hərəkət edib qışqıra-qışqıra məni otağından qovdu” - deyə Z.H. başına gələnləri danışır.

Z.H. bu iyrənc hadisəni iş yerində bir neçə xanım həmkarına da açıb. Lakin onlar məsələni demək olar ki, normal hadisə kimi qarşılayıblar: “Mən qorxurdum. Başıma gələnləri işdə ürəyim qızan qadınlara danışdım. Bəzi iş yoldaşlarım dedi ki, “hə, o adam elədir”. Məni ən çox təəccübləndirən də elə xanım iş yoldaşlarımın bu cür etinasızlığı, soyuq reaksiyası oldu. Amma işimdən ayrılmaq istəmirəm. Bunda isə bir məqsədim var. Mən bu haqsızlığa göz yumulmasını istəmirəm. Sizə danışdıqlarımdan da aydın olur ki, məndən əvvəlki işçinin başına bu oyun gəlib. Mənim də başıma gəldi. Deməli, məndən sonrakı işçinin də başına gələcək. İsmayıl Ceylan öz vəzifə səlahiyyətindən və işçilərin işini itirmək qorxusundan sui-istifadə edərək bu cür iyrənc əməllərə əl atır. Axı bu adam kimdir ki, bu cür özbaşınalıq edir?!”

Həmsöhbətimiz deyir ki, bu hadisədən sonra İ.Ceylan onu işdə sıxışdırmağa başlayıb: “Bu hadisədən sonra adi qaydada işə gedib-gəlməyə başladım. Amma heç iki gün çəkmədi ki, İsmayıl Ceylan işdə məni sıxışdırmağa başladı. Qabaqlar hər işimi tərifləyən İsmayıl Ceylan indi məni işdən qovmaq üçün bəhanə axtarır. Lakin hər kəs bilir ki, mən işimi çox gözəl bilirəm və işdən qovulmağım üçün heç bir səbəb də yoxdur. Olsaydı, çoxdan qovardı”.

Z.H. işdən çıxmamaq üçün mübarizə aparacağını, sonuna qədər haqqını tələb edəcəyini deyir: “İdarədə olan işçilərin əksəriyyəti İsmayıl Ceylanın bu cür murdar hərəkətlərindən xəbərdardır. Buna etiraz etmək istəyənlər də var, amma işlərini itirmək qorxusu ilə səslərini çıxarmırlar. Bu adam kimdir ki, Türkiyədən gəlib Azərbaycanda istədiyi kimi hərəkət edir?! O, Azərbaycan qadınlarını nə sayır? 4-5 ay olar bu vəzifəyə təyin olunub, 8 min manat maaş alır. Kefi yerindədir. Lap yaxşı. Amma bəs onun işçilərə qarşı istədiyi hərəkəti etmək haqqı da varmı?

İsmayıl Ceylanın bu hərəkətləri ilə bağlı müvafiq qurumlara şikayət etmişəm, ərizə yazmışam. Şikayətimə baxılacağına, İsmayıl Ceylanın bu cür əməllərinə görə qanun qarşısında cavab verəcəyinə inanıram. Əgər məsələ obyektiv araşdırılmasa, ölkə başçısına da müraciət edəcəyəm. Bu haqsızlığın qarşısını almaq üçün əlimdən gələni edəcəyəm. İşimi itirmək qorxum yoxdur. Əsas məqsədim bu adamın şərəfsizliyini sübut etməkdir. Bura gələn əcnəbi müdirlər qızlarımızı, qadınlarımızı bu cür yollarla tora salır, aşağılayırlar. Əgər hansısa bir xanım öz savadı, bacarığı ilə çörəkpulu qazanmaq istəyirsə, o, bu cür vicdansız insanlar tərəfindən təzyiqlərə, təhqirlərə məruz qalmamalıdır”.

P.S. Bu ittihamlarla bağlı İsmayıl Ceylanın da fikirlərini öyrənməyə çalışacağıq. /virtualaz.org/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Peşə təhsili üzrə yeni ixtisaslar yaradıldı – QƏRAR

Peşə təhsili üzrə yeni ixtisaslar yaradıldı – QƏRAR

Cənubi Koreyada milli komandanın baş məşqçisinə qarşı amansız "cəza" – VİDEO

Cənubi Koreyada milli komandanın baş məşqçisinə qarşı amansız "cəza" – VİDEO

Ukrayna Aİ-dən 3,8 milyard avro vəsait aldı - Dron istehsalına yönəldiləcək

Ukrayna Aİ-dən 3,8 milyard avro vəsait aldı - Dron istehsalına yönəldiləcək

Daha 6 itkin-şəhid dəfn ediləcək -ADLAR – FOTO

Daha 6 itkin-şəhid dəfn ediləcək -ADLAR – FOTO

Rusiyada yanacaq böhranı: İrkutskda 18 saata qədər benzin növbələri yarandı – VİDEO

Rusiyada yanacaq böhranı: İrkutskda 18 saata qədər benzin növbələri yarandı – VİDEO

Yaponiyada qeyri-adi yenilik: Vannada səfər etmək mümkün oldu – VİDEO

Yaponiyada qeyri-adi yenilik: Vannada səfər etmək mümkün oldu – VİDEO

İslam Ticarət və İnkişaf Palatasının Ankarada iclası keçirilib - FOTO

İslam Ticarət və İnkişaf Palatasının Ankarada iclası keçirilib - FOTO

Moskva və ətraf regionlar kütləvi dron hücumuna məruz qalır – VİDEO

Moskva və ətraf regionlar kütləvi dron hücumuna məruz qalır – VİDEO

Polşa Ukraynanın Aİ-yə üzvlüyünü əngəlləməklə hədələdi

Polşa Ukraynanın Aİ-yə üzvlüyünü əngəlləməklə hədələdi

Göyçayda avtomobil su kanalına aşdı – YENİLƏNİB/VİDEO

Göyçayda avtomobil su kanalına aşdı – YENİLƏNİB/VİDEO

Ağcabədidə ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Ağcabədidə ƏMƏLİYYAT: Saxlanılan var – VİDEO

Ukrayna ordusu 2-ci dəfə Rusiyanın "Dubna" kosmik rabitə mərkəzinə hücum etdi – ÖLƏN VAR - VİDEO

Ukrayna ordusu 2-ci dəfə Rusiyanın "Dubna" kosmik rabitə mərkəzinə hücum etdi – ÖLƏN VAR - VİDEO

Unikal yeraltı şəhərcik – Göygöldə gizli tunellər aşkarlandı – VİDEO

Unikal yeraltı şəhərcik – Göygöldə gizli tunellər aşkarlandı – VİDEO

Paşinyan Ermənistanın səhiyyə nazirini Türkiyəyə göndərir

Paşinyan Ermənistanın səhiyyə nazirini Türkiyəyə göndərir

Bu ölkə liderləri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək – SİYAHI

Bu ölkə liderləri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək – SİYAHI

Tələbələrin DİQQƏTİNƏ – Kreditlərlə bağlı yeni qayda GÜNDƏMDƏ – DETALLAR

Tələbələrin DİQQƏTİNƏ – Kreditlərlə bağlı yeni qayda GÜNDƏMDƏ – DETALLAR

Dua Lipa İtaliyadakı bal ayından FOTOLARINI paylaşdı

Dua Lipa İtaliyadakı bal ayından FOTOLARINI paylaşdı

Saniyədə 30 ağcaqanad məhv edir: möhtəşəm texnologiya

Saniyədə 30 ağcaqanad məhv edir: möhtəşəm texnologiya

Velosipedçini “Prius”la öldürən sürücüyə bu cəza verildi

Velosipedçini “Prius”la öldürən sürücüyə bu cəza verildi

“Qarabağ”dan 1 milyonluq TRANSFER

“Qarabağ”dan 1 milyonluq TRANSFER

Bakıda kişi telefonuna baxan arvadını döydü

Bakıda kişi telefonuna baxan arvadını döydü

Elnur Məmmədov: "Azərbaycan Ermənistana 2000-dən çox hərbçinin meyitini təhvil verib"

Elnur Məmmədov: "Azərbaycan Ermənistana 2000-dən çox hərbçinin meyitini təhvil verib"

“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatdı – FOTO/VİDEO

“Sea Breeze Yay Rəqs Müsabiqəsi – 2026” uğurla başa çatdı – FOTO/VİDEO

Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək

End of content

No more pages to load

RADİO