Qax şəhərində 54 yaşlı kişinin meyiti aşkarlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhər sakini, 1972-ci il təvəllüdlü Elxan Cəfərovun meyiti yaşadığı mənzilin vanna otağında ailə üzvləri tərəfindən tapılıb.
İlkin ehtimala görə, onun hamamda yıxılaraq öldüyü bildirilir. Lakin E. Cəfərovun dəm qazından boğularaq ölməsi ehtimalı da araşdırılır.
Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu