Sərnişinlərin 60% bölgələrə səfərini onlayn bilet əldə edərək reallaşdırıb.
Bu barədə Bizim.Media-ya AYNA-dan bildirilib.
Qeyd olunub ki, martın 20-də paytaxtdan bölgələrə 370 reyslə 13 703 sərnişin daşınıb.
Sərnişindaşımada fasiləsizliyi təmin etmək və sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.
Sərnişinlərin 60%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Bizim.Media