Gəncədə yaşayış evində partlayış baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına şəhər ərazisində Gəncə sakini, 1965-ci il təvəllüdlü M.Yolçuyevə məxsus yaşayış sahəsində qaz sızması səbəbindən partlayış baş verib.
Hadisə zamanı 61 yaşlı ev sahibi müxtəlif dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov Bizim.Media Qərb bürosu