Gəncədə 31 yaşlı kişi zəhərlənib.
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə şəhər sakini, 1995-ci il təvəllüdlü Nail Cəfərov zəhərlənmə diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
31 yaşlı kişiyə ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. İlkin ehtimala görə Cəfərovun sirkə turşusundan zəhərləndiyi bildirilir.
Məqsəd Rəhimov Bizim.Media, Qərb bürosu