Dövlət qulluğunda əməkhaqqı sistemi yenilənir: Yeni yanaşma vahid struktur, şəffaflıq və sabitlik vəd edir

“Dövlət qulluğu haqqında” qanunda və müvafiq qanunvericilik aktlarında edilən dəyişikliklər dövlət qulluqçularının əmək haqqı sistemində mühüm yenilikləri nəzərdə tutur. Belə ki, mükafat sistemi, staja və hakimiyyət səlahiyyətinə görə verilən əlavələr, eləcə də müalicə müavinəti ləğv edilərək vəzifə maaşının baza hissəsinə daxil edilir. Bu dəyişikliklər əmək haqqı mexanizminin daha şəffaf, sabit və vahid prinsip əsasında qurulmasına yönəlib. Bəs bu yanaşma praktikada hansı nəticələr vəd edir?

Vahid struktur və sabitlik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Maliyyə Nazirliyi yanında İctimai şuranın üzvü, iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədov hesab edir ki, dövlət qulluğunda əlavələrin maaşın tərkibinə daxil edilməsi vasitəsilə vahid strukturun qurulması olduqca böyük əhəmiyyət kəsb edir. Bu yanaşma həmin sahədə optimallığı, proqnozlaşdırıla bilənliyi, sabitliyi və effektiv modelin formalaşdırılmasını özündə ehtiva edir. 

Dövlət qulluqçularının əmək haqlarının bu model əsasında müəyyən edilməsi nəticəsində onların proqnozlaşdırıla bilən olması təmin ediləcək: “Bununla yanaşı, sabitlik də əmək haqqı sistemində olduqca böyük əhəmiyyət daşıyan amillərdəndir. Bu mexanizmin tətbiqi ilə sabitlik də təmin olunacaq. Hazırda əmək bazarında formalaşan çağırışlar kontekstində dövlət qulluqçularının əmək haqqı sisteminin effektivliyi vasitəsilə dövlət qulluğuna motivasiyanın yüksək səviyyədə saxlanılması mühüm əhəmiyyət kəsb edir. 

Bu yeni modelin tətbiqi bu istiqamətdə də çox müsbət nəticələr verə bilər. Bununla yanaşı, bu gün özəl sektorda, xüsusilə bəzi sahələr üzrə əmək haqlarının yüksək olmasının gənc mütəxəssislərin həmin sektora yönəlməsinə səbəb olduğu müşahidə olunur. Özəl sektorda əmək haqlarının yüksək olması, təbii ki, müsbət haldır və iqtisadiyyatın inkişafına təkan verir.

Lakin eyni zamanda dövlət qulluqçularının yüksək peşəkarlığının təmin edilməsi də olduqca vacibdir. Bu baxımdan dövlət qulluğunda effektiv əmək haqqı sistemi mühüm rol oynamalıdır. Yeni modelə keçid bu sahədə müsbət dəyişikliklərin baş verməsini təmin edəcək”.

Şəffaflıq və inkişaf üçün yeni imkanlar

Elşad Məmmədov vurğulayıb ki, beynəlxalq təcrübə və aktual iqtisadi tədqiqatlar nəzərə alınmaqla yeni modelin tətbiqi şəffaflığın artırılmasına, əmək haqqı sisteminin daha effektiv qurulmasına, gənc mütəxəssislərin peşəkarlığının yüksəldilməsinə və onların dövlət qulluğuna cəlb olunmasına şərait yaradacaq: 

“Bütün bunlar bir tərəfdən iqtisadiyyatın inkişafına və stimullaşdırılmasına müsbət təsir göstərəcək, digər tərəfdən isə dövlət qulluqçularının sosial müdafiəsinin daha da gücləndirilməsi üçün əlverişli şərait formalaşdıracaq”.

İnstitusional yanaşma və balanslı model

“Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Aslan Əzimzadə qeyd edib ki, dövlət qulluqçularının əmək haqqı sistemində tətbiq edilən yeni yanaşma əmək haqqı mexanizminin vahid struktur əsasında təşkilini, onun optimal, proporsional, balanslı və davamlı modelə keçirilməsini nəzərdə tutur: 

“Bu isə öz növbəsində dövlət qulluğunda insan resurslarının idarə olunmasında səmərəliliyin artırılması baxımından mühüm institusional amil kimi çıxış edə bilər. Əvvəlki dövrlərdə müxtəlif əlavələr formasında ödənilən əmək haqqı komponentlərinin vəzifə maaşı ilə inteqrasiya olunması əmək haqqı sisteminin vahid struktur çərçivəsində formalaşmasını təmin edir.

Bu yanaşma əmək haqqı sistemində mövcud olan fraqmentasiyanı aradan qaldırır, onun daha sabit və proqnozlaşdırıla bilən xarakter almasına imkan yaradır. Eyni zamanda bu dəyişikliklər dövlət qulluqçularının sosial təminat səviyyəsinin yüksəldilməsinə və gəlir sabitliyinin gücləndirilməsinə xidmət edir”.

Şəffaf idarəetmə və uzunmüddətli effektlər

Aslan Əzimzadə bildirib ki, həyata keçirilən islahatın nəzəri və praktiki əhəmiyyəti ilk növbədə əmək haqqı sisteminin şəffaflıq, ədalətlilik və proporsionallıq prinsipləri əsasında formalaşdırılması ilə şərtlənir: “Əmək haqqının tərkib elementlərinin açıq və aydın müəyyən edilməsi dövlət qulluğunda nəticəyönümlü idarəetmə modelinin tətbiqinə və motivasiya mexanizmlərinin uzunmüddətli perspektivdə gücləndirilməsinə şərait yaradacaq. 

Ümumilikdə qeyd etmək lazımdır ki, həyata keçirilən bu yeni yanaşma və institusional islahat dövlət idarəçiliyində şəffaflıq, hesabatlılıq və effektivlik prinsiplərinin daha da möhkəmləndirilməsinə yönəlmişdir. Bu isə öz növbəsində uzunmüddətli perspektivdə dövlət aparatının funksional çevikliyinin artırılmasına, insan kapitalından daha səmərəli istifadəyə və ölkənin sosial-iqtisadi inkişafının dayanıqlılığının təmin olunmasına mühüm töhfə verə bilər”.

Beynəlxalq təcrübə

Aslan Əzimzadə beynəlxalq təcrübəyə də diqqət çəkib: “Burada xüsusi qeyd olunmalı məsələlərdən biri də məhz sözügedən yanaşma ilə bağlı beynəlxalq təcrübədir. Əgər buna nəzər salsaq, görərik ki, müxtəlif Şərqi Avropa və Cənub-Şərqi Asiya ölkələrində aparılan empirik tədqiqatlar nəticəsində dövlət qulluqçularının əmək haqları ilə qeyri-şəffaflıq problemləri arasında müəyyən korrelyasiya, yəni əlaqə aşkar edilib. 

Bu baxımdan xüsusilə Honq Konq təcrübəsini qeyd etmək olar. Honq Konqda dövlət xidmətində əmək haqqı sisteminin dəyişdirilməsi ilə bağlı aparılmış empirik tədqiqatlar göstərir ki, dövlət qulluqçularının əmək haqlarının 10 faiz artırılması qeyri-şəffaflıqla bağlı şikayətlərin təxminən 4 faiz azalmasına səbəb olub. Eyni zamanda, bu sahədə cinayət işləri üzrə məhkumluq hallarının da azalması müşahidə edilib. Bu isə, təbii ki, ümumilikdə müsbət nəticə kimi qiymətləndirilə bilər və əmək haqqı sistemində aparılan islahatların institusional şəffaflığa təsirini göstərən mühüm nümunələrdən biri hesab olunur”. (mənbə: Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beynəlxalq səyahətçilər Azıx mağarasına getdilər

Beynəlxalq səyahətçilər Azıx mağarasına getdilər

İtkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti BƏLLİ OLUB - RƏSMİ

İtkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti BƏLLİ OLUB - RƏSMİ

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

İlham Əliyevi “Avaza” Kompleksində Sərdar Berdiməhəmmədov QARŞILADI - FOTO

İlham Əliyevi “Avaza” Kompleksində Sərdar Berdiməhəmmədov QARŞILADI - FOTO

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Dünyasını dəyişən direktoru son mənzilə alqışlarla yola saldılar – VİDEO

Dünyasını dəyişən direktoru son mənzilə alqışlarla yola saldılar – VİDEO

Saatlıda ağır qəza: Beş yaşlı uşaq vəfat etdi

Saatlıda ağır qəza: Beş yaşlı uşaq vəfat etdi

Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkarlandı

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkarlandı

Tovuzda azyaşlını “tok” vurdu

Tovuzda azyaşlını “tok” vurdu

Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşdu – ÖLƏN VAR

Şüvəlanda marşrut avtobusu ilə minik avtomobili toqquşdu – ÖLƏN VAR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Məhkəmə proseslərinin uzun müddətə təxirə salınmasının səbəbi BƏLLİ OLDU

Məhkəmə proseslərinin uzun müddətə təxirə salınmasının səbəbi BƏLLİ OLDU

Media nümayəndələri Prezidentin səfərini işıqlandırmaq üçün Türkmənistana getdilər – VİDEO

Media nümayəndələri Prezidentin səfərini işıqlandırmaq üçün Türkmənistana getdilər – VİDEO

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin növbəti matçları keçiriləcək

Azərbaycan Kuboku: I təsnifat mərhələsinin növbəti matçları keçiriləcək

Pirallahıda ilanlar sakinləri təşvişə saldı - VİDEO

Pirallahıda ilanlar sakinləri təşvişə saldı - VİDEO

İlham Əliyev Türkmənistanda SƏFƏRDƏDİR - FOTO/VİDEO

İlham Əliyev Türkmənistanda SƏFƏRDƏDİR - FOTO/VİDEO

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

Türkiyənin Səudiyyə Ərəbistanına qoşun göndərmək planına Trampdan REAKSİYA

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə başlayır

300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

300 mindən çox dələduzluq: “Amazon”da pul qazanmaq vədi verib

“Arka sokaklar”ın aktyoru yeni serialda – FOTO

“Arka sokaklar”ın aktyoru yeni serialda – FOTO

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk - Fotolar

Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk - Fotolar

“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

End of content

No more pages to load

RADİO