Qaradağda 4 məmura XƏBƏRDARLIQ EDİLDİ

Qaradağ Rayon İcra Hakimiyyətində rayonun qəsəbə nümayəndələrinin kommunal xidmət sahələri və aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Bildirilib ki, müşavirədə rayon ərazisində mövcud vəziyyət, o cümlədən təmizlik, abadlıq, tikinti və inzibati nəzarət sahələrindəki problemlər müzakirə olunub.
 

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov rayonun bəzi qəsəbələrində mövcud olan nöqsanları diqqətə çatdıraraq, məsul şəxslərə ciddi xəbərdarlıqlar edib və qeyd olunan problemlərin ən qısa müddətdə aradan qaldırılmasının vacibliyini vurğulayıb.


Müşavirədə çıxış edən BŞİH-nin şöbə müdiri Anar Tağıyev bildirib ki, Qaradağ rayonunun bəzi ərazilərində nöqsanlar mövcüddur və bütün bunlar ümumi mənzərəyə xələl gətirir.

İclas zamanı rayon ərazisində keçirilən monitorinqlər zamanı aşkar edilmiş problemlər konkret faktlarla təqdim olunub. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib, nəzarət mexanizmlərinin isə daha da gücləndiriləcəyi bildirilib.

Bundan əlavə rayon qəsəbələrində sanitar-təmizlik və qanunsuz tikililərlə bağlı məsələlər xüsusi müzakirə mövzusu olub və bu istiqamətdə ciddi tənqidlər səsləndirilib.

Qeyd olunub ki, tikinti sahəsində qanunvericiliyin tələblərinə əməl olunmalı, özbaşına tikililərə qəti şəkildə son qoyulmalı və belə halların qarşısı operativ şəkildə alınmalıdır. Hər iki istiqamətdə nəzarətin daha da sərtləşdirilməsinin vacibliyi vurğulanıb. Yol verilmiş nöqsanlara görə məsul şəxslər barədə də müvafiq tədbirlər görülüb.
 

Belə ki, təmizlik sahəsindəki çatışmazlıqlara görə Lökbatan qəsəbəsi üzrə nümayəndəliyin baş məsləhətçisi Hikmət Lətifova və Ələt qəsəbəsi üzrə nümayəndə Altay Əliyevə xəbərdarlıq edilib. Qanunsuz tikililərlə bağlı nöqsanlara görə isə Qızıldaş qəsəbəsi üzrə nümayəndə Ruslan Əkbərova və Puta qəsəbəsi üzrə nümayəndə Ayaz Dünyamalıyevə ciddi xəbərdarlıqlar olunub.


Sonda tədbirlər planı qəbul edilib və verilən tapşırıqların icrasını nəzarətdə saxlanılması üçün məsul şəxslər təyin edilib. Öz növbələrində qəsəbə nümayəndələri nöqsanlarını qəbul edib, bu cür halların bir daha təkrarlanmayacağına və mövcüd qüsurların tezliklə aradan qaldırılacağına dair söz veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Serb mətbuatında Ağdamla bağlı geniş REPORTAJ – FOTO

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Xocalıda bayram konserti keçirildi - FOTO

Xocalıda bayram konserti keçirildi - FOTO

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

İsrailin bəyanatlarına Çindən SƏRT REAKSİYA

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Qusarda möhtəşəm Novruz şənliyi – FOTO/VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Əli Laricani və generalların dəfn mərasimi keçirilir - VİDEO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Bayram günlərində səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verdi

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

İşğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda mina TƏHLÜKƏSİ – XƏBƏRDARLIQ/FOTO

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Dövlət sirrini yayan xarici vətəndaşa HÖKM OXUNDU

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Yusif Qədimbəylini aldadan iş adamı həbs edildi

Sürücülərin NƏZƏRİNƏ: Tbilisi prospektində dəyişiklik edildi – FOTO

Sürücülərin NƏZƏRİNƏ: Tbilisi prospektində dəyişiklik edildi – FOTO

Enrike İqlesisas ilk dəfə 4-cü övladının üzünü göstərdi – FOTO

Enrike İqlesisas ilk dəfə 4-cü övladının üzünü göstərdi – FOTO

Tanınmış jurnalistin səhhəti PİSLƏŞDİ – FOTO

Tanınmış jurnalistin səhhəti PİSLƏŞDİ – FOTO

Daha şəffaf və stimullaşdırıcı YANAŞMA – Dövlət qulluğunda yeni əməkhaqqı modelinin ÜSTÜNLÜKLƏRİ

Daha şəffaf və stimullaşdırıcı YANAŞMA – Dövlət qulluğunda yeni əməkhaqqı modelinin ÜSTÜNLÜKLƏRİ

İranın yeni ali lideri “boş fiqur”dur - İsrail analitikləri

İranın yeni ali lideri “boş fiqur”dur - İsrail analitikləri

Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq - RƏY

Yeni əməkhaqqı sistemi dövlət idarəetməsini asanlaşdıracaq - RƏY

Trampın xüsusi nümayəndəsi Minskə gəldi – Gündəmdə bu şəxslərin azad olunmasıdır

Trampın xüsusi nümayəndəsi Minskə gəldi – Gündəmdə bu şəxslərin azad olunmasıdır

Bu məktəblərdə dərslər martın 28-də BAŞLAYACAQ

Bu məktəblərdə dərslər martın 28-də BAŞLAYACAQ

Sumqayıtda ƏMƏLİYYAT: Saxlanılanlar arasında qadın da var – ANBAAN VİDEO

Sumqayıtda ƏMƏLİYYAT: Saxlanılanlar arasında qadın da var – ANBAAN VİDEO

Paşinyandan XƏBƏRDARLIQ: “Müxalif qüvvələr hakimiyyətə gəlsə, az sonra müharibə başlayacaq”

Paşinyandan XƏBƏRDARLIQ: “Müxalif qüvvələr hakimiyyətə gəlsə, az sonra müharibə başlayacaq”

Türkiyə Hörmüzə alternativ marşrut tapdı – Nazirdən AÇIQLAMA

Türkiyə Hörmüzə alternativ marşrut tapdı – Nazirdən AÇIQLAMA

ABŞ kəşfiyyatı Azərbaycanla bağlı məlumat yaydı

ABŞ kəşfiyyatı Azərbaycanla bağlı məlumat yaydı

End of content

No more pages to load

RADİO