“Hər şey mümkündür”: İnklüziv inkişafı dəstəkləyən master-klass təşkil olunub

Qırmızı Ürəklər Fondu 21 Mart – Beynəlxalq Daun Sindromlu Şəxslər Günü münasibətilə “Hər şey mümkündür” layihəsi çərçivəsində xüsusi təşəbbüs həyata keçirib. Layihə çərçivəsində “Kaşalata” kafedə daun sindromlu şəxslərin və tanınmış blogerlərin iştirakı ilə keramika üzərində rəsm sənəti üzrə master-klass təşkil olunub.

Tədbir Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladovun açılış nitqi ilə başlayıb. O, çıxışında inklüziv cəmiyyətin qurulmasının vacibliyini vurğulayaraq bildirib ki, fondun əsas məqsədlərindən biri də cəmiyyətdə inklüziv mühitin formalaşmasına töhfə verməkdir. O, həmçinin bildirib ki, fərqliliklər insanları ayıran deyil, əksinə, cəmiyyəti daha zəngin və daha güclü edən dəyərlərdir.
 

Daha sonra iştirakçılar keramika üzərində rəsm işləmə bacarıqlarını sınayaraq özlərini ifadə etmək imkanı qazanıblar. Tədbirdə Fatma Kazımova, Fidan Nur, Aysel Nəsirova, Günay Cavadzadə, Tünzalə Şalbuzova, Səbinə Rüstəmli kimi blogerlər də könüllü iştiark edərək, inklüzivliyin təşviqi, fərqliliklərə həssas yanaşma və daun sindromlu şəxslərin potensialının daha geniş auditoriyaya çatdırılmasına dəstək olublar.


Qeyd edək ki, iştirakçılar tərəfindən hazırlanan əl işləri 21 mart tarixində sözügedən blogerlərin sosial media hesablarında paylaşılacaq. İzləyicilər arasında ən yüksək ianəni təqdim edən şəxs həmin əl işlərinə sahib olacaq.

Qeyd edək ki, “Hər şey mümkündür” layihəsi 5 il əvvəl Qırmızı Ürəklər Fondu və Kapital Bankın birgə təşəbbüsü ilə Birbank mobil tətbiqi üzərindən həyata keçirilən ianə aksiyası zamanı toplanmış vəsaitlər hesabına reallaşdırılıb. Layihə çərçivəsində daun sindromlu şəxslərin bacarıqlarının inkişafına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirilir.

Layihənin əsas məqsədi daun sindromlu şəxslərin yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək, sosial və psixoloji inkişaflarına töhfə vermək və onların ailələrinə dəstək göstərməkdir.
 

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.


Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.

Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Taxta materialları kəskin bahalaşdı – QİYMƏTLƏR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

Ninkoviç “Sumqayıt”ı TƏRK EDİR

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

İlham Əliyev Şavkat Mirziyoyevi TƏBRİK ETDİ

Buzovnada avtomat AŞKARLANDI

Buzovnada avtomat AŞKARLANDI

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

Paşinyanın silahdaşı deputat mandatından İMTİNA ETDİ

Laricaninin yerinə bu şəxs GƏTİRİLDİ - İDDİA

Laricaninin yerinə bu şəxs GƏTİRİLDİ - İDDİA

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

ABŞ-ın İrana hücumundan sonra Ukraynanın siyasi mövqeyi zəifləyib - Kiyev güzəştə getməsə…

Avropa İttifaqı Orbanı məhkəməyə verəcək?

Avropa İttifaqı Orbanı məhkəməyə verəcək?

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

Saat 14:00-dan 16:30-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 14:00-dan 16:30-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

DİN-dən bayramla bağlı Qarabağa səfər edənlərə MÜRACİƏT – FOTO/VİDEO

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Qubada ailə dramı, 2 nəfər həyatını İTİRDİ - Hadisə yerindən VİDEOREPORTAJ

Əraqçi Makronu sərt tənqid etdi

Əraqçi Makronu sərt tənqid etdi

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

ABŞ Senatı İranla bağlı Trampa “yaşıl işıq” yandırdı

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Bu ölkədə mağazalar, restoranlar və ticarət mərkəzləri tez bağlanacaq – SƏBƏB

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Əlavələr ləğv edildi, maaşın baza hissəsi artırıldı

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Əminə Ərdoğan "Kuruluş Orhan"ın çəkiliş meydançasında – FOTO

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

Bakıdan regionlara gedənlərə ŞAD XƏBƏR

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

İran müharibəsi Avropa iqtisadiyyatını tənəzzülə sürükləyir - Sorbonna Universitetinin dosenti

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Paşinyan GÖSTƏRİŞ VERDİ – Bu Universitetin rəmzindən Ağrı dağının şəkli çıxarılacaq - FOTO

Hazırda İranı kim İDARƏ EDİR?

Hazırda İranı kim İDARƏ EDİR?

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Trampın işdən qovduğu şəxs Əli Xameneinin və Laricaninin öldürülməsini PİSLƏDİ

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

Alen Simonyanın BAŞI BƏLADA: Korrupsiya Komitəsi yoxlamalara başladı

End of content

No more pages to load

RADİO