Ali Məhkəmədə "Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Bizim.Media xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan prosesdə Habil Vəliyev kassasiya şikayətini geri götüməklə bağlı müraciət edib.
Məhkəmə müraciəti təmin edib.
İttihama görə, Habil Vəliyev bir neçə nəfəri şantaj edib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Habil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 1 il azaldıb.
Onu da bildirək ki, təqsirləndirilən şəxs daha əvvəl də kassasiya şikayətini geri götürmüşdü.
Xatırladaq ki, Habil Vəliyev daha əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. (Pravda.az)
Bizim.Media