Bakıda 11-ci sinif şagirdi vəfat edib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin 11-ci sinif şagirdi Fərhad Allahverdiyev martın 15-də dünyasını dəyişib.
Məktəbdən saytımıza fakt təsdiqlənib. Bildirilib ki, Fərhad Allahverdiyev həmin gün keçirilən buraxılış imtahanında iştirak etməli idi. Lakin bir müddət əvvəl onda şəkər xəstəliyi aşkarlandığından, imtahandan üç gün əvvəl səhhəti pisləşib və valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib.
Bakı Dəmiryolu Xəstəxanasında müalicə alan Fərhad Allahverdiyev elə imtahan günü xəstəxanada vəfat edib.
Qeyd olunub ki, mərhumun anası həmin təhsil müəssisəsində çalışır.

Nəzrin Mirzəyeva, Bizim.Media