Azərbaycanın 23 vətəndaşı Almaniyadan geri qəbul edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 17-si Azərbaycan vətəndaşı olan 23 nəfər “Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniyadan geri qəbul edilib.
Xatırladaq ki, ötən ay da 9 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilmişdi.
Bizim.Media