Sərxan Hüseynqulu oğlu Abbasovun Türkiyə Respublikasından idxal etdiyi "Tayaş Gıda Sanayi ve Ticaret Anonim Şirketi" müəssisəsinin istehsalı olan "DBL Drink Diblong" əmtəə nişanlı (20.07.2025 - 20.07.2027 istehsal və son istifadə tarixli) energetik içki məhsulu partiyasında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, faktla bağlı qanunuvericiliyə uyğun olaraq sözügedən məhsul partiyası məhv edilib, həmçinin həmin istehsalçı tərəfindən istehsal olunan bu məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq olunub.


Bizim.Media