Həmcinsinə boşqabla xəsarət yetirən qadın məhkəmə zalında HƏBS EDİLDİ

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Vəsilə Məlikovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum edilmə Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilib.
 

Vəsilə Məlikovanın hazırki hökmlə təyin edilmiş cəzası Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilib.
Nəticədə ona 3 il 8 ay həbs cəzası verilib. Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə həbsdə və ya ev dustaqlığında saxlanıldığı 1 il 1 ay 27 gün müddət ona təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 6 ay 3 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.


Vəsilə Məlikova barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, dərhal məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, hadisə 19 iyun 2024-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Bakı gecələri” kafesində baş verib.

Belə ki, hadisə zamanı Vəsilə Məlikova kafedə işıqları söndürərək rəqs edib. Bu zaman orada olan müştərilərdən biri - zərərçəkmiş Nərgiz Nəbiyeva (adı və soyadı şərtidir) işıqların yandırılmasını istəyib. Lakin həmin irada baxmayaraq Vəsilə heç bir əsaslı səbəb olmadan aqressiv davranıb, ictimai yerdə cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən hərəkətlər edib.
 

İstintaq materiallarına görə, o, masanın üzərində olan boşqabı götürərək Nərgiz istiqamətinə atıb. Atılan boşqab zərərçəkmişin ayağına dəyərək onun sağ baldır nahiyəsində kəsilmiş yara əmələ gətirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin aldığı xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.


Hadisə nəticəsində Nərgizə məxsus 40 manat dəyərində əmlak da zədələnərək yararsız hala düşüb.

Beləliklə, Vəsilə Məlikovanın hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər kimi qiymətləndirilib və onun əməli xuliqanlıq kimi tövsif edilib.

Cinayət işinin məhkəmə baxışı zamanı Vəsilə Məlikova ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sosial şəbəkədəki paylaşımlarına görə o da həbs olundu

Sosial şəbəkədəki paylaşımlarına görə o da həbs olundu

Müəllimlərin maaşı 35 faiz ARTIRILA BİLƏR

Müəllimlərin maaşı 35 faiz ARTIRILA BİLƏR

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

Bakıda bu il daha bir dünya çempionatı keçiriləcək

"Bizimkilər səhnədə hoqqabazlıq edirlər" – VİDEO

"Bizimkilər səhnədə hoqqabazlıq edirlər" – VİDEO

İran ABŞ-ın Bağdaddakı səfirliyinə ən güclü zərbəsini endirdi – VİDEO

İran ABŞ-ın Bağdaddakı səfirliyinə ən güclü zərbəsini endirdi – VİDEO

Rubiodan ABŞ diplomatlarına TƏCİLİ ÇAĞIRIŞ – Martın 20-dək...

Rubiodan ABŞ diplomatlarına TƏCİLİ ÇAĞIRIŞ – Martın 20-dək...

Laricani: “Epşteyn şəbəkəsi üzərində tarixi qələbəmiz yaxındır” – FOTO

Laricani: “Epşteyn şəbəkəsi üzərində tarixi qələbəmiz yaxındır” – FOTO

Yerin təkindən istifadə ilə bağlı qaydalar DƏYİŞDİ

Yerin təkindən istifadə ilə bağlı qaydalar DƏYİŞDİ

Monteneqroda 2 Azərbaycan vətəndaşına HÖKM OXUNDU

Monteneqroda 2 Azərbaycan vətəndaşına HÖKM OXUNDU

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILIR

Bu şəxslərin hərbi xidmət müddəti AZALDILIR

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Parklanma cəriməsi ilə bağlı YENİLİK – Bu tələb aradan qaldırılır

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Milli Məclis MDB ilə bağlı Protokolu RATİFİKASİYA ETDİ

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Səhər saatlarında Bakıda avtomobil yandı - ANBAAN VİDEO

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Bakı səmasında uçan dronlarla bağlı xəbərə Siyavuş Novruzovdan REAKSİYA

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Xətaidə çoxmərtəbəli bina yanır - VİDEO

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Deputatdan əlillik təyinatı proseduruna ETİRAZ – “İnsanlar aylarla qərar gözləməməlidir”

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 12:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

SEPAH-ın Dəniz qüvvələrinin baş qərargahı belə məhv edildi – VİDEO

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Böyük pul və fürsətlər gələcək - 3 bürcün bəxti açıldı

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

Gədəbəydə rusların yaşadığı kənddə MÜƏMMALI ÖLÜM

Bu şəxslərə mənzil verildi - FOTO

Bu şəxslərə mənzil verildi - FOTO

End of content

No more pages to load

RADİO