Gəncədə avtomobillərin toqquşması xəsarətlə nəticələnib.
Bizim.Media-nın məlumatına görə, hadisə şəhərin 28 May küçəsində baş verib.
Hərəkətdə olan "Ford" markalı avtomobil idarəetməni itirdikdən sonra "Volkswagen" markalı maşına çırpılıb.
Qəza nəticəsində "Ford" markalı avtomobildə olan olan 2006-cı il təvəllüdlü Elşən Məlikli və 2007-ci il təvəllüdlü Hüseyn Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib. Müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu