Qaradağ rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.
Qəsəbə sakini 1959-cu il təvəllüdlü Sevil Babaəli qızı Ağalıyeva martın 12-si yaşadığı evin hamam otağında yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, martın 14-ü vəfat edib. (Qafqazinfo.az)
Bizim.Media