Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyətləri məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ağcabədi Rayon Mərkəzi Xəstəxanası yayıb.
"Martın 14-də, saat 22 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər (3-ü kişi, 1-i qadın) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilir. (oxu.az)
Bizim.Media