Xəzər sahillərində MÜƏMMA – Niyə məhz bu növ quşlar tələf olur?

Xəzər dənizinin Şüvəlan sahillərində ölü quşların tapılması sakinlər arasında narahatlıq yaradıb. Bu, son vaxtlar Xəzər sahillərində qeydə alınan artıq üçüncü belə hadisədir. Əraziyə baxış zamanı nümunələr götürülərək laborator analizlər aparılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, aparılan yoxlamalar zamanı hər hansı heyvan xəstəliyi və ya quş qripi faktı aşkarlanmayıb. İlkin ehtimallara görə, quşların kütləvi tələf olması ekoloji amillərlə bağlı ola bilər.

Vətəndaşlar arasında belə fikir dolaşır ki, kütləvi quş ölümləri dənizin İran tərəfindəki hərbi gərginlik səbəbindən kimyəvi çirklənməsi nəticəsində baş verir. Amma mütəxəssislər bildirirlər ki, əgər bu iddia doğru olsaydı, o zaman Xəzərdən bəhrələnən digər quş növləri və balıqlar da zərər görərdi. Halbuki kütləvi ölüm yalnız bir quş növü arasında baş verir.
 

MÖVZU İLƏ BAĞLI:

Xəzərin sahilində minlərlə ölü quş tapıldı – FOTO/VİDEO


Bəs onda Xəzər sahillərində baş verən bu hadisələrin arxasında əslində hansı səbəblər dayanır?

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya elmləri namizədi Əbülfəz Tağıyev Bizim.Media-ya bildirdi ki, aparılan monitorinqlərə əsasən, bu quşlar əsasən Bozyanaq batağan və Böyük batağan quşlarıdır. Bozyanaq batağan Azərbaycanda qışlayan növlərdir, amma Böyük batağan ilböyü ölkə ərazisində olur, oturaq növdür.

“Bu quşların məhv olma səbəbləri müxtəlif ola bilər. Daha çox güman etdiyimiz qida çatışmazlığı və biotop (eyni relyef, iqlimə malik olan su hövzəsində və ya quruda müəyyən mühit) yetərsizliyidir. Qida çatışmazlığı isə Xəzərdə suyun səviyyəsi ilə bağlıdır. Hazırda Xəzərin səviyyəsi enib. Əvvəllər sahilyanı sahələrdə, yəni daha dayaz sularda bunlar rahat qida tapa bilirdilər. Həm də ilin elə fəslidir ki, balıqlara az təsadüf olunur, ona görə də onları ovlamaq çətin olur”.

Ə.Tağıyev daha bir səbəb kimi bu quşların məskunlaşdığı ərazidə dənizin səviyyəsinin enməsi ilə əlaqədar qamışlıqların, xüsusən də yulğunluqların sıradan çıxmasını göstərir:

“Batağanlar artıq gecə vaxtı qamışlıqdan və kolluqdan sığınacaq kimi istifadə edə bilmirlər. Bütün günü Abşeronun soyuq küləklərinə dözməli olurlar. Buna tab gətirmək, sabit bədən temperaturunu nizamlamaq üçün bol, zəngin qida lazımdır. Bu qidalar da yox dərəcəsində olduğu üçün quşların kütləvi tələf olmasına səbəb ola bilər”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ”ın legioneri Norveç klubuna KEÇDİ – FOTO

“Qarabağ”ın legioneri Norveç klubuna KEÇDİ – FOTO

Xalq qorxmur dedi, özü raket zərbəsindən həyəcanlandı – VİDEO

Xalq qorxmur dedi, özü raket zərbəsindən həyəcanlandı – VİDEO

İlber Ortaylı vəfat etdi

İlber Ortaylı vəfat etdi

Komitə sədri: “Yolu keçən hər adama görə maşının saxlanılması yolverilməzdir”

Komitə sədri: “Yolu keçən hər adama görə maşının saxlanılması yolverilməzdir”

122 illik tarixi Kürəkçay stansiyası – Dağılma təhlükəsi ilə ÜZ-ÜZƏ qalıb – FOTO

122 illik tarixi Kürəkçay stansiyası – Dağılma təhlükəsi ilə ÜZ-ÜZƏ qalıb – FOTO

Müəllimlərə ŞAD XƏBƏR- Maaşdan əlavə 500 manat alacaqlar

Müəllimlərə ŞAD XƏBƏR- Maaşdan əlavə 500 manat alacaqlar

Deputatların ötənilki müraciətlərindən neçəsi icra olunub? – Baş nazirdən AÇIQLAMA

Deputatların ötənilki müraciətlərindən neçəsi icra olunub? – Baş nazirdən AÇIQLAMA

Trampdan ANONS: “Gələn həftə İrana çox güclü zərbə endirəcəyik”

Trampdan ANONS: “Gələn həftə İrana çox güclü zərbə endirəcəyik”

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim

Azərbaycan MN-dən İranın Türkiyəyə raket hücumuna SƏRT REAKSİYA

Azərbaycan MN-dən İranın Türkiyəyə raket hücumuna SƏRT REAKSİYA

Milli Məclis hökumətin hesabatını QƏBUL ETDİ

Milli Məclis hökumətin hesabatını QƏBUL ETDİ

Tehrandakı xalq yürüşünə Pezeşkian da qoşuldu – VİDEO

Tehrandakı xalq yürüşünə Pezeşkian da qoşuldu – VİDEO

Vəzifəyə görə vahid maaş olacaq – YENİ TƏLƏB

Vəzifəyə görə vahid maaş olacaq – YENİ TƏLƏB

Ətin bahalaşması Milli Məclisin GÜNDƏMİNDƏ

Ətin bahalaşması Milli Məclisin GÜNDƏMİNDƏ

Ailə faciəsinə səbəb olan sürücü-inkasator həbs edildi

Ailə faciəsinə səbəb olan sürücü-inkasator həbs edildi

DYP-dən kvadrasikl qəzası ilə bağlı MÜRACİƏT

DYP-dən kvadrasikl qəzası ilə bağlı MÜRACİƏT

“Qalatasaray” Osimhenə fantastik QİYMƏT QOYDU

“Qalatasaray” Osimhenə fantastik QİYMƏT QOYDU

Qadınları sosial şəbəkələrdəki fotoları ilə şantaj edən şəxs tutuldu – VİDEO

Qadınları sosial şəbəkələrdəki fotoları ilə şantaj edən şəxs tutuldu – VİDEO

Ölkəyə yeni gətirilən vaqonlardan neçəsi metroda istismar edilir?

Ölkəyə yeni gətirilən vaqonlardan neçəsi metroda istismar edilir?

Elman Nəsirov Cəlilabadın qaz problemindən DANIŞDI

Elman Nəsirov Cəlilabadın qaz problemindən DANIŞDI

İnsanlar niyə yuxu görür?

İnsanlar niyə yuxu görür?

Xəzər sahillərində MÜƏMMA – Niyə məhz bu növ quşlar tələf olur?

Xəzər sahillərində MÜƏMMA – Niyə məhz bu növ quşlar tələf olur?

Azərbaycanda son bir ayda qiymətlər bu qədər ARTIB

Azərbaycanda son bir ayda qiymətlər bu qədər ARTIB

Postmüharibə dövründəki mina qurbanlarının SAYI AÇIQLANDI – RƏSMİ

Postmüharibə dövründəki mina qurbanlarının SAYI AÇIQLANDI – RƏSMİ

End of content

No more pages to load

RADİO