ADY-dən YENİLİK – Yük daşımalarını bu platformadan izləmək mümkündür – VİDEO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Şərq – Qərb beynəlxalq nəqliyyat marşrutu istiqamətində həyata keçirilən konteyner daşımalarının real vaxt rejimində izlənilməsi üçün “Cargo tracking” (Cargo-tracking.ady.az) platformasını istifadəyə verib.

Bu barədə Bizim.Media-ya ADY-dən məlumat verilib.

Belə ki, yeni rəqəmsal xidmət yük sahiblərinə, yükgöndərənlərə, daşıyıcılara və digər maraqlı tərəflərə konteynerlərin cari vəziyyəti barədə operativ məlumat əldə etmək imkanı yaradır.

“Cargo tracking” platforması tranzit, ixrac və idxal rejimində konteyner daşımalarının rəqəmsal monitorinqini təmin edərək daşıma prosesinin müxtəlif mərhələlərini onlayn şəkildə izləməyə icazə verir ki, bu da logistika əməliyyatlarında şəffaflığı artırır.
 

Platformanın əsas funksiyaları sırasına konteyner nömrəsi və müvafiq invoys nömrəsi üzrə axtarış, konteynerin göndərilmə və təyinat stansiyası barədə məlumatın əldə edilməsi, konteynerin cari dislokasiyasının əks olunması, eyni zamanda son əməliyyatın icra olunduğu stansiyanın adının göstərilməsi daxildir.


“Cargo tracking” marşrut üzrə stansiyalarda giriş və çıxış tarixlərinin və proqnozlaşdırılan çatma vaxtının göstərilməsini, gecikmə müddətinin hesablanması və əks olunmasını, həmçinin konteynerin əsas texniki (pasport) məlumatlarının təqdim edilməsini təmin edir.

İnnovativ həllərin tətbiqi ilə yaradılmış yeni sistem hazırda Azərbaycan və Qazaxıstan ərazilərini əhatə edir. Növbəti mərhələlərdə isə Orta Dəhliz üzrə digər ölkələrlə inteqrasiyası nəzərdə tutulur.

Platformanın tətbiqi rəqəmsal xidmət modelinin inkişafına mühüm töhfə verir.

İnnovativ texnoloji həllərin tətbiqi yükdaşımaların idarə edilməsində avtomatlaşdırmanı və məlumat mübadiləsini daha da təkmilləşdirir. Yeni xidmət tranzit konteyner daşımalarının rəqəmsal monitorinqi sahəsində mühüm mərhələ olmaqla regionda logistika proseslərinin, o cümlədən konteyner daşımalarının daha səmərəli, operativ və şəffaf idarə olunmasına geniş imkanlar yaradır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ölkəyə yeni gətirilən vaqonlardan neçəsi metroda istismar edilir?

Ölkəyə yeni gətirilən vaqonlardan neçəsi metroda istismar edilir?

Elman Nəsirov Cəlilabadın qaz problemindən DANIŞDI

Elman Nəsirov Cəlilabadın qaz problemindən DANIŞDI

İnsanlar niyə yuxu görür?

İnsanlar niyə yuxu görür?

Xəzər sahillərində MÜƏMMA – Niyə məhz bu növ quşlar tələf olur?

Xəzər sahillərində MÜƏMMA – Niyə məhz bu növ quşlar tələf olur?

Azərbaycanda son bir ayda qiymətlər bu qədər ARTIB

Azərbaycanda son bir ayda qiymətlər bu qədər ARTIB

Postmüharibə dövründəki mina qurbanlarının SAYI AÇIQLANDI – RƏSMİ

Postmüharibə dövründəki mina qurbanlarının SAYI AÇIQLANDI – RƏSMİ

Samuxda 60 yaşlı sərxoş kişi məşğulluq idarəsini gülləyə tutmaq istədi, həbs olundu

Samuxda 60 yaşlı sərxoş kişi məşğulluq idarəsini gülləyə tutmaq istədi, həbs olundu

Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO

Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO

ABŞ Rusiyadan neft tədarükünə İCAZƏ VERDİ

ABŞ Rusiyadan neft tədarükünə İCAZƏ VERDİ

Naxçıvanda da ana doğuşdan sonra dünyasını dəyişdi

Naxçıvanda da ana doğuşdan sonra dünyasını dəyişdi

“Park Yasamal”da dövlət ipotekasına yararlı mənzillər satışa təqdim edildi – “Kristal”

“Park Yasamal”da dövlət ipotekasına yararlı mənzillər satışa təqdim edildi – “Kristal”

Adnan Əhmədzadənin həbs müddəti yenidən uzadıldı

Adnan Əhmədzadənin həbs müddəti yenidən uzadıldı

İcbari sığorta ilə özəl tibb müəssələrinə verilən göndərişlərin SAYI AÇIQLANDI – RƏSMİ

İcbari sığorta ilə özəl tibb müəssələrinə verilən göndərişlərin SAYI AÇIQLANDI – RƏSMİ

Artıq Azərbaycanda 10 nəfər bu xəstəliyə YOLUXDU

Artıq Azərbaycanda 10 nəfər bu xəstəliyə YOLUXDU

“Sabah” bu futbolçu üçün DANIŞIQLARA BAŞLADI

“Sabah” bu futbolçu üçün DANIŞIQLARA BAŞLADI

Türkiyə İrandan növbəti ballistik raket atıldığını TƏSDİQLƏDİ

Türkiyə İrandan növbəti ballistik raket atıldığını TƏSDİQLƏDİ

Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi

Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi

Şavkat Mirziyoyev Bakıda keçiriləcək WUF13-də iştirak EDƏCƏK

Şavkat Mirziyoyev Bakıda keçiriləcək WUF13-də iştirak EDƏCƏK

ADY-dən YENİLİK – Yük daşımalarını bu platformadan izləmək mümkündür – VİDEO

ADY-dən YENİLİK – Yük daşımalarını bu platformadan izləmək mümkündür – VİDEO

Məşhur arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ

Məşhur arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ

Vladimir, Aleksey, Timiryazev – Onları Quba ilə nə BAĞLAYIRDI? – VİDEO

Vladimir, Aleksey, Timiryazev – Onları Quba ilə nə BAĞLAYIRDI? – VİDEO

Bakıda süpürgəçini maşın vurub öldürdü

Bakıda süpürgəçini maşın vurub öldürdü

“Araz Naxçıvan” “Karvan-Yevlax”a, “Sumqayıt” “Şamaxı”ya qarşı

“Araz Naxçıvan” “Karvan-Yevlax”a, “Sumqayıt” “Şamaxı”ya qarşı

Tanınmış modelyer evində ölü tapıldı – Foto

Tanınmış modelyer evində ölü tapıldı – Foto

End of content

No more pages to load

RADİO