Zaqatala şəhərinin su xəttində qəza baş verib. Nəticədə şəhərin 14 küçə və prospektində suyun verilməsi müvəqqəti dayandırılıb.
Bizim.Media-nın yerli bürosu Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə istinadən bildirir ki, su xəttindəki qəza şəhərin 28 may küçəsində qeydə alınıb.
Şəhərin Heydər Əliyev, N.Nərimanov, Tağıyev, Həzi Aslanov, M.Rəsulzadə, 28 may, Sabir, Füzuli, Ü.Sadıqov küçələrində, Azərbaycan prospekti, Nizami, A.Qardaşov, F.Əmirov, Vidadi və s. küçələrinin bir hissəsində su təchizatı müvəqqəti dayandırılıb.
Suyun verilməsi borunun qəzalı hissəsinin təmir edilməsindən dərhal sonra təmin ediləcək.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu