Bakıda bu ərazilərdə söküntü olacaq - Kompensasiya MƏBLƏĞLƏRİ

"Paytaxtda ilk mərhələdə təxminən 200-ə yaxın qəzalı binanın sökülməsi nəzərdə tutulur və hazırda həmin binaların bir hissəsində artıq söküntü işləri aparılır".

Bizim.Media xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, son dövrlərdə söküntü prosesinin daha çox müzakirə olunduğu ərazilərdən biri Cəlil Məmmədquluzadə küçəsidir:

"Bu ərazidə aparılan işlər gələcəkdə planlaşdırılan tramvay xəttinin çəkilişi ilə əlaqələndirilir. Bundan başqa, 20 Yanvar dairəsi istiqamətində yeni yolların salınması və tunel xətlərinin yaradılması layihələri çərçivəsində də müəyyən söküntülər həyata keçirilir.

Həmçinin paytaxtın uzun illərdir yenidənqurma prosesinin getdiyi "Sovetski" adlanan ərazisinin qalan hissələrində də söküntü işlərinə start verilib. Bu proses xüsusilə Dağlıq küçəsi və Mərkəzi Univermaq ətrafındakı əraziləri əhatə edir.

Digər bir istiqamət isə Binəqədi rayonunda yerləşən İkinci Mədən küçəsidir. Burada da köhnə və istismar müddəti bitmiş bəzi yaşayış binalarının sökülməsinə başlanılıb".

Vüqar Oruc əlavə edib ki, söküntü zamanı sakinlərə verilən kompensasiyanın məbləği ərazidən asılı olaraq dəyişir:

"Paytaxtın mərkəzə yaxın ərazilərində bu məbləğ təxminən hər kvadratmetr üçün 2500-3000 manat arasında dəyişir. Bu proses əsasən Yasamal rayonu, Nərimanov rayonu, Xətai rayonu, Nəsimi rayonu, Sabunçu rayonu və Suraxanı rayonu kimi ərazilərdə qəzalı binalarda yaşayan sakinləri əhatə edir. Daha ucqar ərazilərdə isə kompensasiyanın məbləği 1300-1500 manat civarında ola bilər.

Kompensasiya məbləği inzibati qurumlar tərəfindən birbaşa müəyyən edilmir. Qiymətləndirmə prosesi "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq müstəqil qiymətləndirici şirkətlər tərəfindən aparılmalıdır. Bu isə vətəndaşların hüquqlarının qorunması baxımından vacib şərt hesab olunur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə oğlunun öldürdüyü şəxs direktor müavini imiş – FOTO

Gəncədə oğlunun öldürdüyü şəxs direktor müavini imiş – FOTO

İlham Əliyev: "Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik"

İlham Əliyev: "Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik"

Konfrans Liqası: “Samsunspor” “Rayo Valyekano”nu sınağa ÇƏKƏCƏK

Konfrans Liqası: “Samsunspor” “Rayo Valyekano”nu sınağa ÇƏKƏCƏK

Prezident: “Biz Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq”

Prezident: “Biz Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq”

Tramp: “ABŞ İranla müharibədə qalib gəlib” – VİDEO

Tramp: “ABŞ İranla müharibədə qalib gəlib” – VİDEO

Prezident: “Təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub”

Prezident: “Təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub”

"Bitcoin"in qiyməti yenidən 69 min dollara endi

"Bitcoin"in qiyməti yenidən 69 min dollara endi

Prezident: “Təhlükəsizlik olmadan bütün başqa səylər mənasızdır”

Prezident: “Təhlükəsizlik olmadan bütün başqa səylər mənasızdır”

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi – FOTO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi – FOTO

62 mindən çox şagird buraxılış imtahanı VERƏCƏK

62 mindən çox şagird buraxılış imtahanı VERƏCƏK

İlham Əliyev: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir”

İlham Əliyev: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir”

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

İraqın neft limanları fəaliyyətini dayandırdı - VİDEO

İraqın neft limanları fəaliyyətini dayandırdı - VİDEO

Bu şəkildən bir neçə dəqiqə sonra Şuşa əməliyyatı başlayıb...

Bu şəkildən bir neçə dəqiqə sonra Şuşa əməliyyatı başlayıb...

İlham Əliyev XIII Qlobal Bakı Forumunun AÇILIŞ MƏRASİMİNDƏ - FOTO

İlham Əliyev XIII Qlobal Bakı Forumunun AÇILIŞ MƏRASİMİNDƏ - FOTO

İrandan Azərbaycana təxliyə olunanların sayı AÇIQLANDI

İrandan Azərbaycana təxliyə olunanların sayı AÇIQLANDI

Trampdan İrana XƏBƏRDARLIQ: Enerji sistemini bir saatda məhv edə bilərik

Trampdan İrana XƏBƏRDARLIQ: Enerji sistemini bir saatda məhv edə bilərik

Hikmət Hacıyev: "XIII Qlobal Bakı Forumu 400 nəfəri bir araya gətirəcək" - VİDEO

Hikmət Hacıyev: "XIII Qlobal Bakı Forumu 400 nəfəri bir araya gətirəcək" - VİDEO

Təbii qazın qiyməti yenidən artdı

Təbii qazın qiyməti yenidən artdı

Ağsuda meyit tapıldı

Ağsuda meyit tapıldı

“Soruşdum ki, niyə onları öldürdük, general dedi “bu daha əyləncəlidir”

“Soruşdum ki, niyə onları öldürdük, general dedi “bu daha əyləncəlidir”

Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik – VİDEO

Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik – VİDEO

İran səfiri: Əli Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq

İran səfiri: Əli Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq

Nepalda hakimiyyətə 35 yaşlı reper GƏLƏCƏK?

Nepalda hakimiyyətə 35 yaşlı reper GƏLƏCƏK?

End of content

No more pages to load

RADİO