Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Azər Qasımlı 12 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı Azər Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.3.2 (Hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.
İttiham aktına əsasən, Azər Qasımlı qabaqcan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilir. İttihama görə, o, kriptovalyuta saytında Qurbanəli Yusifovun adına hesab açaraq ora pul yatırıb. Lakin birjada qiymətlərin düşməsi nəticəsin pulu itirib və Qurbanəli Yusifovdan 45 min dollar pul tələb edib. Həmin pulu verməyəcəyi halda onu öldürmək, övladını qaçırmaqla hədələyib və Q.Yusifovdan 6800 manat pul alıb. Eyni zamanda ona 10 min dollar dəyərində borc qəbzi imzaladıb.
Bizim.Media