Rüşvətdə günahlandırılan vəzifəli şəxslər yenidən həbs edildi

Gəncə Apellyasiya Məhkəməsində Bərdə Peşə Liseyinin direktoru Şamil Şükürov və liseyin baş mühasibi Elman Əhmədovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilib, apellyasiya şikayəti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, Şamil Şükürova Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma) və 311.3.3-cü maddələri ilə təyin edilmiş 8 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 8 il müəyyən olunub. Ona üzərində qəti olaraq 3 il müddətə dövlət orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 il 3 ay 4 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb və Şamil Şükürov məhkəmə iclas zalından həbsə alınıb. Təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına tətbiq edilmiş Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilib. 

Bundan başqa, Elman Əhmədovun Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə təyin edilmiş 8 il azadlıqdan məhrumetmə cəzasına tətbiq edilmiş həmin Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric olunub. Ona üzərində qəti olaraq 3 il dövlət orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 il 3 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb və Elman Əhmədov məhkəmə iclas zalından həbsə alınıb.

Hökmdən Binəqədi Rayon Məhkəməsinin 2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Şamil Şükürova məxsus Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 3162 manat dəyərində 0,17 ha torpaq sahəsinin Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması dair müddəa xaric olunub. Qeyd edilən əmlak üzərindən həbs götürülüb və həmin əmlakın mülkiyyətçi Şamil Şükürova qaytarılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Bərdə Peşə Liseyinin direktoru Şamil Şükürov və liseyin baş mühasibi Elman Əhmədov 2024-cü il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.Aparılan istintaqla Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürovun həmin liseyin baş mühasibi Elman Əhmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə liseyə 2019-2020 və 2020-2021-ci tədris illərində ödənişsiz əsaslarla qəbul olunmuş 50 nəfərədək şagirdin faktiki olaraq tədris prosesində iştirak etməməsinə şərait yaratmaqla, habelə onların adlarının şagirdlər siyahısında saxlanılması və liseydən xaric olunmamaları müqabilində həmin şagirdlərdən plastik təqaüd kartlarını götürüb ümumilikdə 19 min 700 manat pulu nağdlaşdırdıqdan sonra Elman Əhmədovla aralarında bölərək rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. Şəmil Şükürov və Elman Əhmədova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib, Şəmil Şükürov barəsində məhkəmənin qərarı ilə həbs, Elman Əhmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı və polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilmişdi. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, Şamil Şükürovun müdafiəçisi tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və ona 6 il 9 ay 5 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Hökmdən Binəqədi Rayon Məhkəməsinin 2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Şamil Şükürova məxsus Bərdə rayonu, Əliyanlı kəndində yerləşən 27,234 manat dəyərində 0,10 ha və 3162 manat dəyərində 0,17 ha torpaq sahələrinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması dair müddəa xaric edilib və qeyd edilən əmlak üzərindən həbs götürülüb. Bildirilib ki, apellyasiya protesti təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Şamil Şükürova təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına tətbiq edilmiş Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric olunub və o, məhkəmə iclas zalından dərhal həbsə alınıb.

Eyni zamanda Elman Əhmədovun 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına tətbiq edilmiş CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilib və o, məhkəmə iclas zalından dərhal həbsə alınıb. Onlar yenidən həbs ediliblər. Ali Məhkəməsinin qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. (Pravda.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dubayda qalan azərbaycanlılar belə təxliyə olundu – FOTO

Dubayda qalan azərbaycanlılar belə təxliyə olundu – FOTO

Trampın nəvəsi bahalı supermarketə getdi və “müflis olacağam” dedi – VİDEO

Trampın nəvəsi bahalı supermarketə getdi və “müflis olacağam” dedi – VİDEO

Şimal bölgəsi Yel çərşənbəsini qarla qarşıladı – FOTO/VİDEO

Şimal bölgəsi Yel çərşənbəsini qarla qarşıladı – FOTO/VİDEO

“Dünyanın ən gözəl qızı” evlənir – FOTO

“Dünyanın ən gözəl qızı” evlənir – FOTO

İranda məktəbə zərbə endirən raketin qalıqlarında ABŞ nişanları tapılıb?

İranda məktəbə zərbə endirən raketin qalıqlarında ABŞ nişanları tapılıb?

Baş nazir Milli Məclisdə hesabat verəcək – BU TARİXDƏ

Baş nazir Milli Məclisdə hesabat verəcək – BU TARİXDƏ

İrandan indiyədək Azərbaycana neçə nəfər təxliyə olunub?

İrandan indiyədək Azərbaycana neçə nəfər təxliyə olunub?

Ağdaşda PARTLAYIŞ: 78 yaşlı kişi həyatını itirdi

Ağdaşda PARTLAYIŞ: 78 yaşlı kişi həyatını itirdi

Tanınmış blogerə evlilik təklifi hokkey oyunu zamanı edildi - FOTO/VİDEO

Tanınmış blogerə evlilik təklifi hokkey oyunu zamanı edildi - FOTO/VİDEO

“Əsas instinkt”in ulduzu Şeron Stoun: şöhrət, insult və həyat uğrunda mübarizə

“Əsas instinkt”in ulduzu Şeron Stoun: şöhrət, insult və həyat uğrunda mübarizə

Daha 21,1 min məcburi köçkünün müavinəti KƏSİLDİ

Daha 21,1 min məcburi köçkünün müavinəti KƏSİLDİ

Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi nə qədər artıb?

Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi nə qədər artıb?

Əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək, təşvişə DÜŞMƏYİN!

Əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək, təşvişə DÜŞMƏYİN!

200-ə yaxın azərbaycanlı Muskatdan Bakıya GƏTİRİLİR

200-ə yaxın azərbaycanlı Muskatdan Bakıya GƏTİRİLİR

Şahdağda gözlənilən Dünya Kuboku təxirə salındı

Şahdağda gözlənilən Dünya Kuboku təxirə salındı

Bakıda bu şəxslərin maaşı 1 380 manatı ÖTÜB – RƏSMİ

Bakıda bu şəxslərin maaşı 1 380 manatı ÖTÜB – RƏSMİ

Dünyada ən çox ballistik raketə sahib ölkələr: Azərbaycanın yeri...

Dünyada ən çox ballistik raketə sahib ölkələr: Azərbaycanın yeri...

Tramp: "İranda beş mindən çox hədəfə zərbələr endirilib"

Tramp: "İranda beş mindən çox hədəfə zərbələr endirilib"

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Ukraynadan gözlənilməz HƏMLƏ – Rusiyanın müdafiəsi dağıldı, bu məntəqələr AZAD EDİLDİ

Ukraynadan gözlənilməz HƏMLƏ – Rusiyanın müdafiəsi dağıldı, bu məntəqələr AZAD EDİLDİ

Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO

Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO

Xalq artisti: "Burnumu bəyənməyən kanalı çevirsin"

Xalq artisti: "Burnumu bəyənməyən kanalı çevirsin"

Varlanmaq şansı olan BÜRCLƏR

Varlanmaq şansı olan BÜRCLƏR

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

End of content

No more pages to load

RADİO