Bugünkü imtahanda suallar şagirdləri çətin vəziyyətə saldı – NARAZILIQ

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. 

Bizim.Media “Musavat.com”a istinadla xəbər verir ki, bugünkü imtahanda iştirak edən şagirdlər və onların valideynləri sualların çətin olması ilə bağlı narazılıqlarını ifadə ediblər.

Sosial şəbəkədə sualları paylaşan valideynlərdən biri bunu yazıb:

"İmtahanda Azərbaycan dili qrammatikası blok səviyyəsində çıxıb, bu da bir daha göstərir, şagirdlərin universitet xəyalı repetitorsuz gerçəkləşməsi çətin olar".

Valideynlərdən Təranə Vəliyeva isə bunları deyib:"Riyaziyyatdan açıq suallar çox çətin düşüb". Digər bir valideyn isə əlavə edib: "Bizi dinləyən olsaydı, dərdimizi deyərdik. Təəssüf ki, uşaqlar çox stress keçiriblər, imtahan çətin olub".

Günay Əhmədova adlı valideyn yazıb: 

"Qızım gəlib ağladı, riyaziyyat açıq suallar çox çətin idi".

Türküstan sevdalısı adlı istifadəçi isə qeyd edib: "10 ildir repetitoram. Azərbaycan dilində mətnlərin sualları elə uzun idi ki, səbrim çatmadı oxumağa. Uşaq onsuz da həyəcanlıdır".

Tahir Məhərrəmli isə şagirdlərin vəziyyətinə diqqət çəkərək yazıb: 

"Elə bil sualları tərtib edənlər uşaqların qəsdinə durublar. Suallar orta məktəb səviyyəsində olmalıdır. Məşğələsiz uşaq biliyə sahib ola bilmir. Təhsil əla biznes mənbəyinə çevrilib – pullu kurslar, saysız-hesabsız kitab nəşrləri. Dünyanın heç bir yerində bizdəki kimi çətin imtahan sistemi yoxdur. Allah günahkarların bəlasını versin".

Təhsil eksperti Elçin Əfəndi də imtahan suallarının proqramla uyğunluğunu şübhə altına alıb:

"Bugünkü imtahandan sonra məlum oldu ki, suallar Elm və Təhsil Nazirliyinin tədris proqramına və dərsliklərinə əsaslanmayıb. Sanki Türkiyə, Gürcüstan və Cəbəlüttariq proqramına uyğun hazırlanıb. Nədənsə, bu məqam hər il ortaya çıxır, amma DİM və Elm və Təhsil Nazirliyi heç bir tədbir görmür. Bu, qəbul ediləsi deyil".

Qeyd edək ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb.

İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb. İlkin məlumatlara əsasən, 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallar protokollaşdırılıb və araşdırma aparılır.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahanda 58138 şagirdin iştirakı nəzərdə tutulub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dubayda qalan azərbaycanlılar belə təxliyə olunur – FOTO

Dubayda qalan azərbaycanlılar belə təxliyə olunur – FOTO

Trampın nəvəsi bahalı supermarketə getdi və “müflis olacağam” dedi – VİDEO

Trampın nəvəsi bahalı supermarketə getdi və “müflis olacağam” dedi – VİDEO

Şimal bölgəsi Yel çərşənbəsini qarla qarşıladı – FOTO/VİDEO

Şimal bölgəsi Yel çərşənbəsini qarla qarşıladı – FOTO/VİDEO

“Dünyanın ən gözəl qızı” evlənir – FOTO

“Dünyanın ən gözəl qızı” evlənir – FOTO

İranda məktəbə zərbə endirən raketin qalıqlarında ABŞ nişanları tapılıb?

İranda məktəbə zərbə endirən raketin qalıqlarında ABŞ nişanları tapılıb?

Baş nazir Milli Məclisdə hesabat verəcək – BU TARİXDƏ

Baş nazir Milli Məclisdə hesabat verəcək – BU TARİXDƏ

İrandan indiyədək Azərbaycana neçə nəfər təxliyə olunub?

İrandan indiyədək Azərbaycana neçə nəfər təxliyə olunub?

Ağdaşda PARTLAYIŞ: 78 yaşlı kişi həyatını itirdi

Ağdaşda PARTLAYIŞ: 78 yaşlı kişi həyatını itirdi

Tanınmış blogerə evlilik təklifi hokkey oyunu zamanı edildi - FOTO/VİDEO

Tanınmış blogerə evlilik təklifi hokkey oyunu zamanı edildi - FOTO/VİDEO

“Əsas instinkt”in ulduzu Şeron Stoun: şöhrət, insult və həyat uğrunda mübarizə

“Əsas instinkt”in ulduzu Şeron Stoun: şöhrət, insult və həyat uğrunda mübarizə

Daha 21,1 min məcburi köçkünün müavinəti KƏSİLDİ

Daha 21,1 min məcburi köçkünün müavinəti KƏSİLDİ

Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi nə qədər artıb?

Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi nə qədər artıb?

Əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək, təşvişə DÜŞMƏYİN!

Əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək, təşvişə DÜŞMƏYİN!

200-ə yaxın azərbaycanlı Muskatdan Bakıya GƏTİRİLİR

200-ə yaxın azərbaycanlı Muskatdan Bakıya GƏTİRİLİR

Şahdağda gözlənilən Dünya Kuboku təxirə salındı

Şahdağda gözlənilən Dünya Kuboku təxirə salındı

Bakıda bu şəxslərin maaşı 1 380 manatı ÖTÜB – RƏSMİ

Bakıda bu şəxslərin maaşı 1 380 manatı ÖTÜB – RƏSMİ

Dünyada ən çox ballistik raketə sahib ölkələr: Azərbaycanın yeri...

Dünyada ən çox ballistik raketə sahib ölkələr: Azərbaycanın yeri...

Tramp: "İranda beş mindən çox hədəfə zərbələr endirilib"

Tramp: "İranda beş mindən çox hədəfə zərbələr endirilib"

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Ukraynadan gözlənilməz HƏMLƏ – Rusiyanın müdafiəsi dağıldı, bu məntəqələr AZAD EDİLDİ

Ukraynadan gözlənilməz HƏMLƏ – Rusiyanın müdafiəsi dağıldı, bu məntəqələr AZAD EDİLDİ

Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO

Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO

Xalq artisti: "Burnumu bəyənməyən kanalı çevirsin"

Xalq artisti: "Burnumu bəyənməyən kanalı çevirsin"

Varlanmaq şansı olan BÜRCLƏR

Varlanmaq şansı olan BÜRCLƏR

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

End of content

No more pages to load

RADİO