Çindən məhsul sifariş edənlərə XƏBƏRDARLIQ

ABŞ-la İsrailin İrana qarşı başladığı müharibənin nəticələri prosesdə iştirak etməyən kənar ölkələrə də öz təsirini göstərməyə başlayıb. Bu fonda ən böyük risk altında olan ölkə isə iri neft idxalçısı Çindir.

Çünki Çin İran neftinin əsas alıcısıdır. Pekin 2025-ci ildə İran neftinin demək olar ki, hamısını, Venesuela neftinin isə yarıdan çoxunu idxal edib. İki ölkə birlikdə Çinin neftə olan təlabatının təxminən 17 faizini təmin edirdi.

Amma “Politico”nun yazdığına görə, Venesuela hadisəsi və körfəzdə başlanan müharibə səbəbindən Çinə neft idxalı 50 faizə qədər azalıb.

İran və Venesueladan əlavə, bunlara logistikası Hörmüz boğazı ilə əlaqəli olan beş Çin tərəfdaş ölkəsi də daxildir.

Nəticədə Çində enerji qiymətlərinin kəskin artdığı bildirilir.
 

Qeyd edək ki, müharibə başlayandan sonra Tehran Hörmüz boğazını da bağlamağa cəhd edib. Ancaq bu məsələdə Pekinin ciddi təpkisinə rast gəldiyindən, İranın sonradan həmin addımından vaz keçməli oldu. Hansı ki, boğazın bağlanması Çini enerji daşıyıcıları ilə təmin olunmaq və qiymətlərin artması baxımından daha da pis vəziyyətə qoya bilər.


Xatırladaq ki, Azərbaycanla Çin arasında ticarət əlaqələri genişdir və müxtəlif sahələri əhatə edir. Bu ölkədən Azərbaycana əsasən maşınqayırma məhsulları, avtomobil, elektrotexnika, sənaye avadanlıqları, mebel, geyim, toxuculuq, müxtəlif plastik məməlatlar ixrac edilir.  

Görəsən, yaranmış vəziyyətdə Çindən gələn məhsullar bahalaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin(İSİM) sədri Rəşad Həsənov bildirir ki, mövcud durum uzanacağı təqdirdə, Çindən Azərbaycana idxal olunan məhsulların qiyməti birmənalı olaraq bahalaşacaq:

“İstesalat prosesində yaranan gecikmələr, maya dəyəri və nəqliyyat xərclərinin artması bütövlükdə götürdükdə, idxal bazarlarında son qiymət artımlarını şərtləndirən əsas faktorlardan biri kimi çıxış edir. ABŞ və İsrailin İranla apardığı müharibə fonunda bu təsirlər prosesin nə qədər müddətdə davam edəcəyindən asılı olacaq. Enerji resurslarına əlçatanlığın aşağı düşməsi, bu istiqamətdə qiymət artımı təzyiqləri fonunda, iqtisadi fəaliyyətə, istehsalata və xidmətlərin maya dəyərinə təsirinin hansı səviyyəyə qədər olacağı və enerji daşıyıcılarının hansı müddətdə daha yüksək qiymətlə təklif olunacağı birbaşa olaraq müharibənin davametmə müddətindən asılı olacaq”.

Ekspert qeyd edib ki, Azərbaycanın daxili istehlak bazarı əhəmiyyətli şəkildə Çindən idxal olunan məhsullardan asılıdır:

“Son illər ölkədə baş verən inflyasiya təzyiqlərinin əhəmiyyətli hissəsi məhz idxal səbəbindən qaynaqlanır. Bu fonda Çindən Azərbaycana idxal olunan məhsulların qiyməti birmənalı olaraq bahalaşacaq”.

Ekspertin fikrincə, qiymətlərin nə qədər artacağı prosesin gedişindən və davam etmə müddətindən asılı olacaq:

“Yarana biləcək bu vəziyyət daxili bazarda alıcılıq gücünə, ailə büdcəsinin səmərəli idarəedilməsinə və inflyasiya təzyiqlərinin yüksəlməsinə səbəb olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Eks-prezident və arvadını ABŞ-da 50 il həbs gözləyir

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

Sinif yoldaşını öldürən şəxsə "dəlilik" kağızı hazırlanır? – Ana DANIŞDI - VİDEO

“Barselona” onun müqaviləsini YENİLƏDİ

“Barselona” onun müqaviləsini YENİLƏDİ

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Qatarlar toqquşdu, maşinist və sərnişinlər yaralandı - FOTO

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

Hadrutun düşmən işğalından azad olunmasından 6 il ÖTÜR

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

"Gənclərə tərbiyə verən müəllim qadını təhqir edir" - VİDEO

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ

Premyer Liqa klubları onu hədəfə aldı

Premyer Liqa klubları onu hədəfə aldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Kiyevdə vəziyyət AĞIRLAŞIR: Sakinlərə şəhəri tərk etmək tapşırıldı

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Zelenski: ““Yandex”in data mərkəzinə zərbəyə cavab vermişik”

Bu gün problemləri bitəcək BÜRCLƏR

Bu gün problemləri bitəcək BÜRCLƏR

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Siyəzəndə iki yeni körpü tikilir – VİDEO

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

Daim yatmaq və çox yemək istəyirsinizsə səbəbi ciddidir - DİQQƏTLİ OLUN

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

PSJ-dən 2 futbolçusu ilə bağlı QƏRAR

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Cəbrayılda minaya düşənlər şəhidin atası və qardaşıdır

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

Kreml: “Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə perspektiv yoxdur”

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

AFFA FİFA-da islahat çağırışını dəstəkləməyən YEGANƏ ÜZV oldu

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

35 illik müstəqillikdən regional liderliyə: Azərbaycanın Mərkəzi Asiya siyasəti

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Putin: “Yaxın Şərqdəki vəziyyətin nizamlanmasına kömək etməyə hazırıq” - VİDEO

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

Azərbaycanda İctimai Birlik sədri HƏBS EDİLDİ

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

Tramp: "“Süni intellekt” ifadəsindən istifadə edənlər düşməndir”- FOTO

End of content

No more pages to load

RADİO