Martın 5-də saat 12:00-dan 14:00-dək İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub.
Bizim.Media xəbər verir ki, təxliyə edilənlərdən 5 nəfər Azərbaycan, 2 nəfər Qırğızıstan, 1 nəfər Çin və 1 nəfər Gürcüstan vətəndaşıdır.
Vətəndaşların təxliyəsi “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, İranda hərbi əməliyyatların başladığı 28 fevral saat 08:00-dan 5 mart saat 14:00-dək ümumilikdə 1326 nəfər İrandan Azərbaycana təxliyə olunub.
Bizim.Media