Xəbər verdiyimiz kimi, martın 5-də İrandan Naxçıvana dron hücumu olub.
Bizim.Media xəbər verir ki, İrandan uçan dronlardan biri aeroportun ərazisinə, digəri isə Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
MÖVZU İLƏ BAĞLI:
Molla rejiminin PUA hücumuna məruz qalan məktəbdən FOTOLAR
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub. Hazırda PUA-nın qalıqları məktəbin yaxınlığından götürülür.
Qeyd edək ki, hücum nəticəsində iki mülki şəxs xəsarət alıb. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media